Baş səhifə    » I LEDİLƏR    » I ledi anlayışı   

I ledi anlayışı

  


Ölkənin «Birinci xanımı» (First lady) anlayışı dünya siyasətinə Amerika Birləşmiş Ştatlarından (ABŞ) gəlib. XIX əsrin ortalarından başlayaraq Amerika prezidentlərinin xanımlarını sadəcə «First lady» adlandırmağa başlamışlar. Sonradan bu anlayış digər ölkələrə də yayılmışdır. 
Maraqlıdır ki, ilk dəfə «ABŞ-ın birinci xanımı» adlandırılan şəxs prezidentin həyat yoldaşı olmayıb. 1857-1861-ci illər arası ABŞ-ın prezidenti olan James Buchanan (Ceyms Byukenen) subay olub. Onu rəsmi görüşlərdə bacısı qızı Harriet Lane (Harriet Leyn) müşayiət etmişdir. J.Buchanan onu «Birinci xanım» kimi təqdim etdiyindən tezliklə bu termin Amerika siyasətinə daxil olaraq digər prezidentlər tərəfindən də istifadə olunmuşdur.
Adətən, birinci ledilər ölkəsinin ictimai-sosial həyatında fəal iştirak edən, bundan əlavə dövlətlərarası dostluq, humanitar və mədəni əməkdaşlığı, beynəlxalq sülhü, qadın və uşaq hüquqlarını, ümumbəşəri dəyərlərin qorunmasını müdafiə edən şəxslərdir.
Bu ifadə adətən baş nazir və ya hökumət başçısı üçün işlədilmir.
Azərbaycan tarixində Mömünə xatun, İnanc xanım, Mehrcan xanım, I Şah İsmayılın yaxın sirdaşı olan Taclı xanım və qızı Pərixan xanım, Qubalı Fətəli xanın xanımı Tutu Bikə, Gəncə xanı Cavad xanın xanımı Bəyim xatun və s. kimi xanımlar birinci ledi statusunda olmuşlar.



Oxunub: 69913



Azərbaycan Televiziyaları
İnternet Radio