Baş səhifə    » İDMAN    » Atletika    » Atletika   

Atletika

  



Atletika idman növü olmaqla yanaşı, həm də digər fiziki hazırlıq tələb edən növlərin hərəkətverici qüvvəsini təşkil edir. 
Sovet Sosialist Respublikalar İttifaqı yığmasının tərkibində ilk olimpiya medallarından birini məhz atlet Yuri Konovalov qazanmışdır. O, 1956-cı il Melburn Yay Olimpiya Oyunlarında 4x100 metr məsafəyə qaçış üzrə gümüş medala layiq görülmüşdür. 
Azərbaycanın atletika üzrə Avropa və dünya rekordçuları da olmuşdur. Lakin 1980-ci illərin sonlarından etibarən bu idman növü ölkədə böyük tənəzzülə uğramışdır. Həmin illərdə bir çox mütəxəssislər Azərbaycanı tərk etmişlər. İdmançılar, ümumiyyətlə, idmandan ayrılmışlar. 
1992-ci ildə Azərbaycan Atletika Federasiyası (AAF) təsis olunmuşdur. Federasiya Asiya Atletika Federasiyasına üzv qəbul edilmişdir. 
1996-cı ildə Asiyadan Avropaya keçid məsələsi qaldırılmışdır. Vaxt azlığı ilə əlaqədar Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (İAAF) 1997-ci ildə keçirilmiş konqresinədək EAA-ya üzvlük məsələsi həllini tapmamışdır. Buna görə də AAF 1998-ci ilədək Asiyamiqyaslı yarışlarda təmsil olunmuşdur. 1999-cu ildə İspaniyanın Sevilya şəhərində keçirilən İAAF-ın konqresində isə Azərbaycan federasiyasının EAA-ya üzvlüyü reallaşmışdır.
1997-ci ildə Sergey Boçkov yeniyetmələr arasında Asiya birinciliyində bürünc medal əldə etmişdir. 
2008-ci ildə iki atlet - Pekin Olimpiya oyunlarına lisenziya qazanmış Ruslan Abbasov və Ramil Quliyev Slovakiyada keçirilmiş yüngül atlet üzrə Avropa Çempionatında qızıl medala layiq görülüblər.

Atletlərimiz
  • Allahverdi Allahverdiyev
  • Mədinət Allahveridyeva
  • Ruslan Abbasov
  • Elmar Alıyev
  • Sərdar Həsənov
  • Namiq Cəmilov
  • Silviya Anqelova
  • Rumyana Pektova
  • Ramil Quliyev
  • Valentin Buliyev



Oxunub: 508150



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on