Baş səhifə    » İDMAN    » Karate   

Karate

  


Şərqdə meydana gələn karate əl və ayaq hərəkətləri ilə icra olunan idman növüdür. Bu idman növü Azərbaycanda da geniş yayılmışdır. Xüsusilə karatenin əsas növlərindən olan kyokuşi, Okinava Qocyu-Ryu növü daha məşhurdur. Sovet dönəmində Azərbaycanda bu idman növü xüsusi önəm daşımasa da, müstəqillik əldə etdikdən sonra təşkilatlanma sürətləndirilmişdir.
1994-cü ildə Azərbaycanın Milli Karate Federasiyası yaradılmışdır. 1997-ci ildən Milli Federasiya dünyada ən böyük karate təşkilatı sayılan, 180 ölkəni birləşdirən və 50 milyondan çox üzvü olan ÜKF-in (Ümumdünya Karate Federasiyası) tamhüquqlu üzvüdür. Qurum EKF-ə (Avropa Karate Federasiyasına) də daxil olmuşdur.
Karate üzrə Azərbaycan milli yığma komandası Avropa və dünyada ən güclü komandalardan biridir. Ötən illər ərzində karateçilər dəfələrlə beynəlxalq turnirlərdə, Avropa və Dünya çempionatlarında iştirak etmişlər. Hazırda milli yığma komanda tərkibində dəfələrlə Dünya və Avropa çempionları var.

Karateçilər
Amal Atayev
Aynur Məmmədova
Aytən Yusifqızı
Cəmilə Məmmədova
Cavid Əsgərov
Elvin Eyvazov
Elçin Məmmədov
Famil Səfiyev
Fəridə Abıyeva
İsrafil Şirinov
İlahə Qasımova
Namiq Məmmədzadə
Niyazi Əliyev
Nərgiz Mehdiyeva
Məhəmməd Quliyev
Rafael Ağayev
Rəşad Hüseynov
Rüstəm Mədətov
Ramin Əvəzzadə
Seymur Binnətəliyev
Şahin Atamov
Taleh Babayev
Pərviz İsmayılov
Pərviz Əbdülkərimov 




Oxunub: 87098



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on