Baş səhifə    » İDMAN    » Olimpiya    » Olimpiya mərkəzləri   

Olimpiya mərkəzləri

  

Ağdam Olimpiya İdman Kompleksi

Kompleks 17 yanvar 2008-ci ildə istifadəyə verilmişdir. Üç hektar ərazisi olan kompleksin ikimərtəbəli binasında 500 yerlik tribunaları olan idman salonu, habelə kiçik idman salonu, trenajor, məşq salonları, beynəlxalq standartlara uyğun, 2 min yerlik tribunaları olan futbol meydançası, voleybol və basketbol meydançaları, 30 nəfərlik mehmanxanası vardır.
Ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi.
Telefon: 0192-5-06-17

Ağdaş Olimpiya İdman Kompleksi
Kompleks 12 fevral 2010-cu ildə istifadəyə verilib. Bu kompleksinin ümumi ərazisi 5,5 hektardır. Əsas bina üzgüçülük hovuzu, mini-futbol, voleybol və basketbol meydançaları, tennis kortu, hər biri 8 nəfərlik 3 kottec və digər yardımçı binalardan ibarətdir. Örtülü idman meydançası olan əsas bina ikimərtəbəlidir. Binanın daxilindəki 1020 tamaşaçı yeri olan idman meydançasının sahəsi 2484 kvadratmetrdir. Bu meydança voleybol, basketbol, həndbol, güləş, boks yarışları üçün nəzərdə tutulub. Binanın daxilində 4 məşq, bilyard, stolüstü tennis zalları var.
Üzgüçülük hovuzu yerləşən bina da ikimərtəbəlidir. Burada 192 tamaşaçı yeri olan tribuna, iki məşq zalı, duş və sair xidmət otaqları var.
Mini-futbol meydançasının tərkibinə 226 nəfər tamaşaçı yeri olan tribuna daxildir.
Ünvan: AZ-0300, Ağdaş rayonu, Məşədi kəndi.

Bakı Olimpiya İdman Kompleksi
Kompleks 21 oktyabr 2000-ci ildə açılıb. Kompleks əsasən 2 zaldan ibarətdir. 560 nəfər tamaşaçı tutumuna malik böyük zal, əsasən komanda idman növləri üçün nəzərdə tutulub. 430 nəfərlik tribunası olan ikinci zalda isə təkbətək idman növləri üçün şərait yaradılıb. Hazırda kompleksdə bədii gimnastika və voleybol idman növləri inkişaf etdirilir.
Ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Olimpiya küçəsi, 7.
Telefon: (+99412) 465-22-74

Balakən Olimpiya İdman Kompleksi
Kompleks 8 iyul 2010-cu ildə istifadəyə verilib. Ümumi ərazisi 5 hektar, tikinti sahəsi 8900 kvadratmetrdir. Buraya futbol stadionu, basketbol, voleybol, mini futbol və tennis meydançaları, üzgüçülük hovuzu, əl oyunları zalı, habelə stolüstü oyunlar və trenajor zalları, kotteclər daxildir.
Kompleksin ikimərtəbəli əsas binasında 814 nəfər tamaşaçı yeri olan əl oyunları, şahmat, dama, trenajor, stolüstü oyunlar, bilyard və Şərq əlbəyaxa döyüş növləri zalları, kafe, beşzolaqlı hovuz yerləşir.
Kompleksin ərazisində 940 tamaşaçı yeri olan süni örtüklü stadion, mini-futbol, voleybol və basketbol meydançaları, böyük tennis kortu var. Kompleksə gələn idmançıların, qonaqların qalması və istirahəti üçün burada hər cür şəraiti olan 6 kottec tikilib.
Ünvan: Balakən şəhəri, 28 may küçəsi, 11
Telefon: 0119-5-39-16


Bərdə Olimpiya İdman Kompleksi
Kompleks 2003-ci ildə fəaliyyətə başlayıb. Ümumi sahəsi 3,8 hektar olan kompleksin əsas binasında idman sarayı və voleybol meydançaları, tennis kortu və qaçış zolağı yerləşir.
Kompleksin ərazisində 2004-cü ildə üzgüçülük hovuzu tikilib istifadəyə verilib. Binanın 1-ci mərtəbəsində 3 geyinmə-soyunma otağı, 10 duş kabinəsi və 3 sanitariya qovşağı, 2-ci mərtəbəsində 3 inzibati, 1 məşqçi, 1 tibb, 1 massaj otaqları, bufet və sanitariya qovşağı yerləşir.
Ünvan: Bərdə şəhəri, Bakı küçəsi
Telefonlar: (994 210) 5 65 82
(994 210)5 11 55
(994 210)5 17 63


Biləsuvar Olimpiya İdman Kompleksi

Kompleks 7 oktyabr 2008-ci ildə istifadəyə verilib. 6,5 hektar ərazisi var. Kompleksə 910 tamaşaçı tutan tribunaları olan əsas idman salonu, 25 metrlik üzgüçülük hovuzu, kiçik və böyük trenajor zalları, məşq zalları, şahmat otağı, stolüstü tennis salonu və yardımçı otaqlar daxildir.
100 nəfərlik yeməkxanası olan kompleksin ərazisində 50 yerlik mehmanxana, habelə ikimərtəbəli iki kottec də tikilib.
Ünvan: Biləsuvar şəhəri, H.Əliyev küçəsi.
Telefon: 0159-5-00-97


Gəncə Olimpiya İdman Kompleksi
Kompleksin I korpusu 2002-ci ildə istifadəyə verilib. 2006-cı ildə kompleksin II korpusu inşa olunub. Ümumi sahəsi 3 hektar olan kompleksin əsas binasında 2 zal, örtülü üzgüçülük hovuzu, 10 geyinib-soyunma, 1 köməkçi və 1 məşqçi-müəllim otaqları, 1 məşq zalı, 1 konfrans zalı, 2 kafe, 1 açıq basketbol meydançası, inzibati otaqlar və qarderob fəaliyyət göstərir.
Hazırda kompleksdə idmanın 12 növü üzrə 28 bölmə fəaliyyət göstərir. Gün ərzində kompleksdə 700-ə yaxın idmançı məşğul olur. Kompleksdə 18 məşqçi-müəllim müqavilə əsasında fəaliyyət göstərir.
Ünvan: Gəncə şəhəri, Nizami və Şahsevənlər küçələrinin kəsişməsi.
Telefon: 022-54-34-75
Faks: 022-56-89-79


Göyçay Olimpiya İdman Kompleksi
Kompleks 12 fevral 2010-cu ildə istifadəyə verilib. Burada stolüstü tennis və bilyard zalları, habelə konfrans zalı yerləşir. Hovuzun uzunluğu 25, eni isə 15 metrdir. Kompleksdə tennis kortları, mini-futbol, voleybol və digər idman növləri üzrə meydançalar və eləcə də futbol stadionu inşa edilib. İdmançıların istirahəti üçün ən müasir standartlara cavab verən 55 nəfərlik ikimərtəbəli mehmanxana və iki kottec tikilib.
Trenajor zallarında, böyük zalın tamaşaçı tutumu 635 nəfərdir. Üzgüçülük hovuzunda isə yarışların gedişini 252 tamaşaçı izləyə bilər.
Ünvan: AZ-2300, Göyçay şəhəri, Natavan küçəsi, 2a.
Telefon: 0167-6-21-21


İmişli Olimpiya İdman Kompleksi
Kompleks 5 may 2011-ci ildə istifadəyə verilib. Tikinti sahəsi 12 min kvadratmetr olan əsas bina ikimərtəbəlidir və 5 hissədən ibarətdir. Birinci mərtəbədə idmanın boks və güləş növləri üçün nəzərdə tutulmuş geniş zallar var. Üzgüçülük hovuzunun uzunluğu 25, eni isə 12,5 metrdir. Hovuzun ətrafında 135 oturacaq quraşdırılıb.
Binanın ikinci mərtəbəsində trenajor zalı, şahmat otağı və inzibati otaqlar var.
Universal idman zalının uzunluğu 48, eni 36 metrdir.Tamaşaçılar üçün 845 oturacaq quraşdırılıb. Zalda həm mini futbol, basketbol, voleybol, həm də gimnastika, boks, güləş üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək üçün hər cür şərait yaradılıb.
Kompleksin 15 otaqdan ibarət mehmanxanası 32 yerlikdir.
Ünvan: İmişli şəhəri

İsmayıllı Olimpiya İdman Kompleksi
Kompleks 29 oktyabr 2009-cu ildə istifadəyə verilib. Ümumi sahəsi 7,5 hektar, tikinti sahəsi isə 12 min kvadratmetr olan kompleksin əsas binası iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə müxtəlif yarışların və məşqlərin keçirilməsi üçün 510 tamaşaçı yeri olan idman zalı, məşqçi, həkim otaqları var.
Kompleksin həyətində 936 yerlik süni örtüklü futbol meydançası, 191 yerlik üzgüçülük hovuzu, 2 tennis kortu, ikimərtəbəli 4 kottec, basketbol və voleybol meydançaları, sahəsi 3 min kvadratmetr olan 500 yerlik avtomobil dayanacağı inşa olunub.
Ünvan: İsmayıllı şəhəri, Nizami küçəsi.
Telefon: 0178-5-10-65


Lənkəran Olimpiya İdman Kompleksi
Kompleksi 9 oktyabr 2003-cü ildə istifadəyə verilib. Ümumi sahəsi 9,2 hektar olan kompleksin ərazisində tribunaya malik böyük futbol meydançası, təbii örtüklü kiçik futbol meydançası, futbol meydançası, süni örtüklü kort, tennis kortu, voleybol meydançası yerləşir.
Kompleksin əsas binasının 1-ci mərtəbəsində idman oyunları üçün nəzərdə tutulan zal, 2-ci mərtəbəsində trenajor zalı, 3-cü mərtəbəsində taekvondo zalı yerləşir.
Ünvan: Lənkəran şəhəri, Sütəmurdov kənd ərazisi.
Telefon: (+9940171) 5-05-57, 5-05-56


Hövsan Olimpiya İdman Kompleksi
Kompleks 15 oktyabr 2009-cu ildə istifadəyə verilib. Kompleksin ümumi ərazisi 4,5 hektardır. Bura üzgüçülük hovuzu, idmanın müxtəlif növləri üzrə yarışların keçirilməsi və təlim-məşq prosesi üçün 2 universal zal, soyunub-geyinmə otaqları, kafe daxildir. İdman kompleksindəki oyun zallarında həm mini futbol, basketbol, voleybol, həm də gimnastika, boks və güləş yarışları keçirmək mümkündür. Kompleksə açıq havada mini futbol, voleybol, oxatma meydançaları, güllə atıcılığı üzrə qapalı zal daxildir.
Kompleksdə «Hövsan» Güləş Klubu fəaliyyət göstərir.
Ünvan: Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 1a.

Horadiz Olimpiya-İdman Kompleksi
Kompleks 11 noyabr 2010-cu ildə istifadəyə verilib. 5 hektar sahəni əhatə edir. Burada 30 yerlik mehmanxana, basketbol meydançası, 500 yerlik əl oyunları zalı, tennis kortu, avtomobil dayanacağı var. Olimpiya-İdman Kompleksinə, həmçinin soyunub-geyinmə otaqları, duşxana, sauna və masaj otaqları, tibb məntəqəsi, bufet, inzibati otaqlar və yataq otaqları daxildir.
Kompleksin 1860 tamaşaçı yeri olan futbol meydançasına da var. Ərazidə yaşıllıq zolağı salınıb.
Ünvan: Füzuli rayonu, Horadiz qəsəbəsi

Kürdəmir Olimpiya İdman Kompleksi
Kompleks 24 sentyabr 2008-ci ildə istifadəyə verilib. 5,5 hektar ərazidə yerləşən bu idman qurğusu həm də şəhərə xüsusi yaraşıq verir.
Kompleksin ərazisində futbol, voleybol, basketbol meydançalarına, məşq otaqları böyük idman salonu və digər yardımçı otaqlar mövcuddur.
Ünvan: Kürdəmir şəhəri, Bakı prospekti, 22.
Telefon: 044-245-09-25
Faks: 0145-6-64-79


Naxçıvan Olimpiya İdman Kompleksi
Kompleks 15 iyun 2002-ci ildən fəaliyyət göstərir. Kompleks hər biri 378 tamaşaçı tutumu olan 2 idman zalında komanda və təkmübarizlik idman növlərinin həm inkişaf etdirilməsi üçün uyğun bütün şərait var. Hazırda burada voleybol, basketbol və futzal kimi növlər populyarlaşıb. Digər zalda isə boks, karate-do, sərbəst güləş, kikboksinq və stolüstü tennis həvəskarlarının məşğələləri keçirilir.
Kompleks 2007-ci və 2010-cu illərdə əsaslı təmir olunmaqla bir qədər də modernləşərək yenidən idmançıların istifadəsinə verilib.
Ünvan: Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi, 1.
Telefon: 0136-45-86-62, 0136-45-42-65


Maştağa Olimpiya İdman Kompleksi
Kompleks 29 dekabr 2001-ci ildə istifadəyə verilib. Bu kompleks əsasən şəhər kənarında yaşayan gənclərin bədən tərbiyəsi və idmanla məşğul olması üçün nəzərdə tutulub. Lakin burada bir çox idman növləri üzrə respublika miqyaslı yarışların təşkili adi hal alıb.
Tamaşaçı tutumu 600 nəfər olan zalda həndbol, futzal, voleybol kimi komanda idman növləri ilə yanaşı, güləş, cüdo, ağırlıqqaldırma, karate və s. kimi fərdi idman növləri ilə məşğul olmaq mümkündür. İdman mərkəzinin həyətində tennis kortu, yüngül atletika cığırı və voleybol meydançası var.
Hazırda Maştağa Olimpiya-İdman Kompleksində cüdo, kikboksinq və karate bölmələri fəaliyyət göstərir.
Ünvanı: Bakı şəhəri, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesi, sol kənar, 5.
Telefon: (+99412) 551-04-51


Masallı Olimpiya İdman Kompleksi
Kompleks 9 aprel 2007-ci ildə istifadəyə verilib. Kompleksə idman oyunları, güləş, boks, ağır atletika və gimnastika salonları, örtülü üzgüçülük hovuzu, süni örtüklü voleybol və basketbol meydançaları, iki tennis kortu, mini-futbol meydançası daxildir. Olimpiya kompleksində avtomobil dayanacaqları və digər xidmət obyektləri də tikilmiş, idmançılar üçün hər cür şərait yaradılmışdır. Dörd ulduzlu mehmanxana səviyyəsində ondan kottecləri və 60 nəfərlik yeməkxanası var.
Ünvan: AZ-4400, Masallı şəhəri, Talışxanov küçəsi.
Telefon: 0151-5-54-86
Faks: 0151-5-47-13


Sabirabad Olimpiya İdman Kompleksi
Kompleks 26 sentyabr 2008-ci ildə istifadəyə verilib. Ümumi sahəsi 6,4 hektar olan kompleksin əsas korpusunda idman zalı, 2 trenajor zalı, 4 inzibati, 2 texniki, 1 həkim otaqları və kafe fəaliyyət göstərir. Üzgüçülük kompleksi, açıq tipli voleybol və mini futbol meydançaları, qaçış zolağı, 28 yerli mehmanxana və 3 kottec mövcuddur.
Kompleksdə mini-futbol, voleybol, basketbol, üzgüçülük, stolüstü tennis, güləş və atletika idman növlərinin inkişafı üçün hər bir şərait yaradılıb.
Sərbəst güləş, boks, mini-futbol, sambo, karate, trenajor, üzgüçülük, stolüstü tennis bölmələri fəaliyyət güstərir.
Ünvan: Sabirabad rayonu, Qalaqayın kəndi.

Salyan Olimpiya İdman Kompleksi
Kompleks 7 sentyabr 2008-ci ildə istifadəyə verilib. 10 hektar ərazidə yerləşən idman kompleksində 2 min tamaşaçı yeri olan futbol stadionu, 264 yerlik mini futbol meydançası, tennis kortu, basketbol, voleybol meydançaları, üzgüçülük hovuzu, boks, güləş və əl oyunları salonları da vardır. Kompleksdə yüngül atletika, akrobatika və bədii gimnastika ilə də məşğul olmaq üçün hər cür şərait yaradılmışdır.
Ərazidəki üçmərtəbəli, beşulduzlu mehmanxanada bar, restoran, inzibati mərkəz və böyük konfrans salonu yerləşir. Kompleksin ətrafında kotteclər də tikilmişdir.
Ünvan: Salyan rayonu, Bakı-Salyan yolu, 127-ci km.
Telefon: 0163-5-52-30


Şərur Olimpiya İdman Kompleksi
Kompleksi 3 avqust 2009-cu ildə istifadəyə verilib. Kompleksin ümumi ərazisi 9 hektardır. Buraya mehmanxana, idman kompleksi, 142 tamaşaçı yeri olan üzgüçülük hovuzu daxildir. Bundan əlavə, kompleksdə 2400 tamaşaçı yeri olan süni örtüklü stadion, tennis kortları, mini futbol, basketbol və voleybol meydançaları vardır. Üçmərtəbəli, 60 nəfərlik mehmanxanada 30 otaq, iclas zalı, 68 nəfərlik yeməkxana fəaliyyət göstərir. İkimərtəbəli idman kompleksindəki oyun zalında həm mini futbol, həm də boks, güləş, basketbol yarışları keçirmək mümkündür. Kompleksdə iki trenajor zalı da var.
Kompleksin ərazisində 2400 tamaşaçı yeri olan süni örtüklü stadion da inşa olunub.
Ünvan: AZ-6800, Şərur şəhəri, Şəhriyar küçəsi.
Telefon: 0136-42-30-4


Şəmkir Olimpiya İdman Kompleksi
Kompleks 25 may 2009-cu ildə istifadəyə verilib. Kompleksin ərazisi 9 hektardır. Əsas korpusda həndbol, futzal, voleybol, basketbol oyunlarının keçirilməsi üçün əsas zal yerləşir. Burada digər idman növləri üçün meydançalar və qapalı üzgüçülük hovuzu var. Əsas binada idman zallarından başqa, trenajor zalı, stolüstü oyunlar üçün nəzərdə tutulan bölmələr, yeməkxana və digər yardımçı otaqlar yerləşir. Kompleksin ərazisində 2 tennis kortu, 2 voleybol və 1 basketbol meydançası vardır.
Kompleksə idman oyunları, güləş, boks, ağır atletika və gimnastika salonları, 30 yerlik mehmanxana və birmərtəbəli kotteclər daxildir.
Ünvan: AZ-5700, Şəmkir şəhəri, İpək yolu küçəsi, 1.

Şamaxı Olimpiya İdman Kompleksi
Kompleks 2005-ci il aprelin 26-da tikilib istifadəyə verilib. Ümumi sahəsi 3,5 ha olan kompleksin əsas binasında 1 idman və 2 trenajor zalı fəaliyyət göstərir.
Kompleksdə açıq tipli futbol, basketbol, voleybol meydançaları, tennis kortu, qaçış zolağı, qum meydançası, üzgüçülük hovuzu fəaliyyət göstərir. Ərazisində 15 birmərtəbəli kottec və yeməkxana yerləşir.
Kompleksdə 5 idman növü üzrə qruplar fəaliyyət göstərir: üzgüçülük, ağır atletika, sərbəst güləş, futbol, taekvondo.
Ünvan: Bakı-Şamaxı yolu, 120-ci km.
Telefon: 0176-5-11-30


Şəki Olimpiya İdman Kompleksi
Kompleksi 9 noyabr 2002–ci ildə istifadəyə verilib. Ümumi sahəsi 5 hektar olan kompleksin əsas binasında böyük zal, trenajor otaqı, kiçik zal, hovuz binası və bilyard otağı yerləşir.
Ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 1.
Telefon: 0177-5-17-63.


Tovuz Olimpiya İdman Kompleksi
Kompleks 9 fevral 2010-cu ildə istifadəyə verilib.
7 hektar sahədə yerləşən kompleks 3 korpusdan ibarətdir. Kompleksin birinci korpusunda üzgüçülük hovuzu və yeməkxana yerləşir. İkinci korpus 34 ədəd ikiyerlik və bir VIP nömrəsi olan beşmərtəbəli mehmanxanadan ibarətdir. Üçüncü korpusda isə 710 tamaşaçı yeri olan əsas idman salonu yerləşir. İdman kompleksində məşq zalları və köməkçi otaqlar da vardır. Kompleksdə voleybol, basketbol meydançaları, tennis kortu və stadion da olacaq.
Ünvan: Tovuz rayonu, Tovuzçayın sol sahili

Oğuz Olimpiya İdman Kompleksi
Kompleks 20 sentyabr 2008-ci ildə istifadəyə verilib. 4,5 hektar ərazidə yerləşən kompleksin əsas korpusuna 575 tamaşaçı yerlik tribunaları olan universal idman salonu, trenajor, 100 yerlik konfrans salonları, restoran-bar, habelə inzibati otaqlar daxildir. Digər korpusda 25 metrlik üzgüçülük hovuzu vardır. Kompleksin ərazisində 1850 yerlik tribunaları olan futbol stadionu, voleybol, basketbol meydançaları, tennis kortu tikilmiş, idmançıların qalması və istirahəti üçün hərəsi dördnəfərlik 5 kottec tikilmişdir.
Ünvan: Oğuz şəhəri, H.Əliyev küçəsi, 1.

Qusar Olimpiya İdman Kompleksi
Kompleks 27 sentyabr 2008-ci ildə istifadəyə verilib. Şəhərin ən mənzərəli yerində, meşə kənarında tikilmiş bu kompleks 14 hektar ərazidə yerləşir. Bu korpusda universal 1530 və 450 yerlik tribunaları olan iki idman salonu, 25 metrlik üzgüçülük hovuzu, stolüstü oyunlar üçün otaqlar, trenajor salonu, yeməkxana, yardımçı otaqlar yerləşir. Üzgüçülük hovuzunda isə yarışları 316 nəfər izləyə bilər.
Üçmərtəbəli üç idman korpusu, daxili istirahət parkı və istirahət məkanı yerləşir.
Kompleksin istirahət məkanında açıq tipli hovuz, 7 bağ çardağı, 40 ədəd 1 və 2 ailəli hər cür şəraiti olan kotteclər yerləşir.
Ünvan: Qusar şəhəri, Aşağı Ləyər yolu.
Telefon: 0138-5-54-00
Faks: 0138-5-54-24


Qazax Olimpiya İdman Kompleksi
Kompleks 30 may 2007-ci ildə istifadəyə verilib. Ümumi sahəsi 15,5 ha olan Kompleksin əsas binasında əl oyunları zalı, gimnastika, güləş, trenajor və boks zalları yerləşir.
Ərazidə üzgüçülük kompleksi, açıq tipli futbol və tennis kortu yerləşir.
Ünvan: Qazax rayonu, Xanlıqlar kəndi.
Telefon: 0279-5-54-00


Quba Olimpiya İdman Kompleksi
Kompleks 11 oktyabr 2003-cü ildə istifadəyə verilib. 16 hekatarlıq ərazidə yerləşən böyük istirahət və idman ocağında futbol, mini-futbol, basketbol, voleybol kimi komanda idman növlərinin inkişaf etdirilməsi üçün hər bir şərait var.
Kompleksdə otel otaqları ilə yanaşı, 2 mərtəbəli kotteclər, geniş mənzillər, həmçinin 200-nəfərlik konfrans salonu da var.
Ərazidəki 5 zaldan böyüyü 2000 tamaşaçı tutur. 2 kiçik zaldan biri trenajorlar, digəri isə boks meydançası ilə təchiz olunub. Köməkçi zaldan isə güləşçilər faydalana bilirlər.
Burada 3-mərtəbəli 24 otaqlı mehmanxana, habelə 24 birmərtəbəli, 6 ikimərtəbəli kottec, 2 apartament yüksək səviyyəli xidməti ilə seçilir.
Ünvan: Quba şəhəri, Quba-Bakı magistralı, 4-cü km.
Telefon: 0169-5-1517, 0169-5-29-85


Qəbələ Olimpiya İdman Kompleksi
Kpmpleks 2009-cu ildə istifadəyə verilib. 4,3 hektar sahədə yerləşən kompleksdə böyük idman salonu, üzgüçülük hovuzu, futbol, basketbol, voleybol meydançaları, tennis kortu, habelə mehmanxana, avtomobil dayanacağı, istirahət meydançası, qonaqlar və yarış iştirakçıları üçün kotteclər var.
Ünvan: Qəbələ şəhəri, 28 Мay küçəsi

Zaqatala Olimpiya İdman Kompleksi
Kompleks 12 aprel 2006-cı ildə istifadəyə verilib. Kompleksin birinci korpusunda inzibati bina, ikinci korpusunda 25 metrlik üzgüçülük hovuzu və 130 tamaşaçı tutan idman salonu, üçüncü korpusda isə 350 tamaşaçı yeri olan böyük idman salonu yerləşir. Məşq salonları, yeməkxana və xidmət otaqları da var. Kompleksin qarşısında 3500 tamaşaçı yeri olan beynəlxalq standartlara uyğun yeni stadion tikilib istifadəyə verilib.
Gələcəkdə idman kompleksinin ərazisində 3 mərtəbəli mehmanxana binasının və tennis kortlarının tikintisi də nəzərdə tutulur.
Ünvan: AZ-6200, Zaqatala şəhəri, Sülh döngəsi, 1.
Telefon: 0174-5-37-00




Oxunub: 82535