Baş səhifə    » İQTİSADİYYAT    » Aqrar sənaye    » Yüngül sənaye   

Yüngül sənaye

  



Yüngül sənaye – toxuculuq, tikiş, xəz-dəri, gön-dəri, ayaqqabı, trikotaj və xalçaçılıq sahələrindən ibarətdir.
Azərbaycanda yüngül sənayenin inkişafı ən qədim vaxtlardan məlumdur. Məsələn respublikada xalçaçılığın tarixi XIII əsrə təsadüf edir.
1913 – cü ildə Azərbaycanda 300 ton xam ipək, 22 min ton pambıq mahlıcı, 4 mln ton yun istehsal edilmişdir ki, buda ümumrusiya istehsalının müvafiq olaraq 79%, 10% və və 2%- ni təşkil edirdi. Azərbaycanın böyük əmək ehtiyatlarına malik olmasına baxmayaraq, o iri xammal ixrac edən ölkə hesab edilirdi. Fabrik – zavod toxuculuğu, tikiş, trikotaj məmulatlarının, ayaqqabının sənaye istehsalı ucuz xammal bazasını itirməkdən qorxan rus fabrik sahibləri tərəfindən süni sürətdə ləngidilirdi. Azərbaycan çar Rusiyasının digər ucqar rayonları kimi, mərkəzdə emal olunan bütün növ xammalın göstəricisi rolunda güclə saxlanılırdı.
İkinci Dünya Müharibəsinə qədər olan illərdə bir neçə iri müəssisələr tikilmişdir: Gəncədə mahud fabriki, bir neçə pambıqtəmizləmə zavodları (Yevlax, Gəncə, Ucar, Salyan, Bərdə), Şəki və Xankəndində ipək kombinatları, Bakıda corab-trikotaj kombinatı, iki tikiş bir ayaqqabı fabriki tikilib istifadəyə verilmişdir. Müharibədən sonrakı illərdə bir neçə iri müəssisələr tikilmişdir: Mingəçevirdə toxuculuq kombinatı, Sumqayıtda xovlu iplik, üst trikotaj və tikiş fabrikləri, Gəncədə xalça kombinatı və tikiş fabriki, Bakıda ayaqqabı, tikiş, gön-qalanteriya fabrikləri, Ordubadda baramaaçan fabrik, Naxçıvanda alt trikotaj, tikiş və xalça fabrikləri, digər şəhərlərdə tikiş fabrikləri.
Yüngül sənaye ona bitki xammalı (pambıq, kətan), heyvandarlıq xammalı (yun, ipək, xəz-dəri) və süni və sintetik liftlər verən kimya sənayesi ilə sıx əlaqədardır. Süni lif oduncaqdan hazırlanmış kimyəvi liflərdən (viskoz, asetat və s.) sintetik lif-neft, qaz və kömürdən düzəldilmiş liflərə (kapron, lovsan və s.) deyilir. Yüngül sənaye bütün ölkələrdə inkişaf etmişdir. XX əsrin II yarısından başlayaraq — bol xammal və ucuz işçi qüvvəsinə malik IEOÖ –lərin bu sahədə payı IEÖ-lərə artmışdır. (Xüsusilə pambıq parça istehsalında)
Toxuculuq – yüngül sənayenin ən mühüm sahədir. Toxuculuq istehlakçıya əmək ehtiyatlarına və xammal mənbələrinə meyl edir. Əsasən qadın əməyindən istifadə olunduğundan toxuculuq müəssisələri ağır sənaye rayonlarında və əhalinin sıx məskunlaşdığı yerlərdə tikilir. Toxuculuq məhsulları pambıq, yun, ipək və kətan parça müəssisələrində yaradılar. Parçanın hazırlanması aşağıdakı mərhələlərdən keçir.
1. Xammal — pambıqtəmizləyən, kətan emal edən və yunyuyan müəssisələrdə ilkin emaldan keçir. Çoxlu tullantı yarandığından bu mərhələ üzrə müəssisələr xammal mənbələri yaxınlığında yerləşdirir.
2. Əyiricilik - Bu mərhələdə lifdən yelik alınır.
3. Toxuculuq - Bu mərhələdə iplikdən cod parça hazırlanır.
4. Bəzəmə - Bu mərhələdə cod parçanı boyayıb, naxışlayırlar.
Azərbaycanda yüngül sənaye mallarına olan daxili tələbatın 90 faizi idxal hesabına ödənilir. Azərbaycana yüngül sənaye, xüsusən də geyim malları əsasən xaricdən – Türkiyə, İran, Çin və bəzi Avropa ölkələrindən gətirilir.



Oxunub: 391656



Azərbaycan Televiziyaları
İnternet Radio