Baş səhifə    » İQTİSADİYYAT    » Azərbaycanda holdinqlər    » Holdinqləşmə   

Holdinqləşmə

  


Holdinqlər dünyada ilk dəfə XIX əsrin sonları və XX əsrin əvvəllərində ABŞ-da “antitrest qanunlar” ilə trest sisteminin qadağan olunması nəticəsində ortaya çıxmışdır. 1929-da Amerikada artıq bu sistemi qəbul edən əyalətlərin sayı 30-a çatmışdı. Bundan sonra isə bu cür formalaşmalar ardıcıl olaraq Fransa, İngiltərə və Almaniyada qanuni hala gətirildi. Azərbaycanda isə bu sistemin 1990-cı illərdən sonra əhəmiyyət qazanmağa başladığını söyləmək olar. Burada sovet dövründə dünyada holdinqlərin bir forması olaraq qəbul edilən “dövlət holdinqlərinin” olduğunu qeyd etmək yerinə düşər.
Holdinq məna etibarilə ingilis dilindəki, tutmaq, bir araya gətirmək mənasına uyğun gələn “to hold” sözündəndir. Holdinq ortaq bir qrup məqsədi üçün birliyi əmələ gətirən şirkətlərin tam birləşməsinə ehtiyac qalmadan, səs çoxluğunu əldə edəcək şəkildə bu şirkətlərin səhmlərini əlində tutan şirkət və ya bir səhmdar cəmiyyətin, digər bir ya da bir neçə alt səhmdar cəmiyyətə, idarələrində söz sahibi olacaq şəkildə iştirakı, yəni bunların səhmlərini alması və idarəetmə şurasında fəal hala gəlməsi forması deməkdir.Holdinqin əsas məqsədi iqtisadi bir bütünlük-iqtisadi bir güc əldə etməkdir. 

Ölkə iqtisadiyyatı üçün holdinqlərin faydaları bunlardır:
Holdinqlər, böyük şirkətlərin əmələ gəlməsinə yol açaraq sərmayə birjasının inkişafına köməklik edə bilər. 
Holdinqlərin ölkə iqtisadiyyatı üçün bəlkə də ən böyük yararı yeni iş yerlərinin açılmasındakı rolunun çox yüksək olmasıdır.
Holdinqlər, yeni istehsalat texnologiyalarından yararlanaraq ölkə ehtiyatlarının səmərəli istifadəsinə köməklik edə bilər.
Holdinqləşmə ilə əmələ gələn böyük şirkətlər, beynəlxalq şirkətlərlə rəqabət gücü əldə edərək həm ölkənin beynəlxalq arenadakı imicinin yüksəlməsinə həm də xarici ölkələrdəki kapital qoyuluşu yolu ilə ölkənin valyuta gəlirlərinin artmasına yol aça bilər.



Oxunub: 155257



Azərbaycan Televiziyaları
İnternet Radio