Baş səhifə    » İQTİSADİYYAT    » Sığorta işi və bankçılıq   

Azərbaycanın bank sistemi

  



Azərbaycan Respublikasının bank sisteminin fəaliyyəti “Banklar haqqında” qanunla tənzimlənir.
Qanunvericiliyə əsasən ölkənin bank sistemi ikipilləlidir - Azərbaycan Respublikasının Mərkəzi Bankından və kredit təşkilatlarından ibarətdir.
Əsas pilləni təmsil edən Mərkəzi Bank dövlətin mərkəzi bankıdır və onun fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, «Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında» Qanun, Mülki Məcəllə və digər normativ hüquqi aktlarla tənzimlənir. Qanunvericiliyə uyğun olaraq Mərkəzi Bank - bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir.
Bank sisteminin ikinci pilləsini kredit təşkilatları təşkil edir. Kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, “Banklar haqqında” qanun, Mülki Məcəlləsi, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit İttifaqları haqqında” qanunlar və s. normativ hüquqi aktlarla tənzimlənir.
Bank sektorunun inkişafı səviyyəsini cəmi aktivlərin ÜDM-ə nisbəti ilə də ölçmək olar. Ekspertlərin hesablamalarına görə, iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdə bank sektorunun cəmi aktivlərinin ÜDM-də payı 5%-i ötmür. Azərbaycanda bank sektorunun cəmi aktivlərinin ÜDM-də payı təxminən 32%-ə bərabərdir.
2010-cu ildə bankların aktivlərinin cəmi 13290,81 milyon manat təşkil etmişdir. Orta hesabla bir bankın aktivi 295,35 milyon manata bərabər olub.
Ölkənin bank sistemində təmərküzləşmə (konsentrasiya) səviyyəsi 60,7% təşkil edir. 5 bankın (Beynəlxalq Bank, Kapital bank, Bank Standart, Xalq bank və Paşabank) aktivlərinin cəmi bütün aktivlərin 60,7%-ni təşkil edir. Ölkə üzrə bankların nizamnamə kapitalının 39,2%-i, depozitlərin 61,9%-i, kredit portfelinin 58,2%-i adıçəkilən 5 bankın payına düşür.
Bank sistemində yeganə dövlət bankı olan Beynəlxalq Bankdır. Aktivlərin 41,6%-i Beynəlxalq Banka məxsusdur. Ölkə üzrə kredit portfelinin 41%-nə, depozitlərin 36%-nə bu bank nəzarət edir.
Yerdə qalan 20 bankın bazar payı 5%-dən də azdır. Bu bankların aktivləri ümumilikdə 639 milyon manat, orta hesabla hər bankın aktivi isə təxminən 32 milyon manata bərabərdir. Ölkə üzrə kredit portfelinin 8,3%-i, depozitlərin 2,5%-i bu bankların payına düşür. Orta hesabla hər bir bankın kredit portfeli 38 milyon manat, depozit portfeli isə 6,9 milyon manatdır. 
Rəsmi məlumata görə, aprelin 1-i 2011-ci il tarixinə ölkədə 44 bank fəaliyyət göstərir. Onların 1-i dövlət, 43-i özəldir. Özəl bankların 22-si xarici kapitallıdır.

Sıra sayı

Banklar

Aktivlərin həcmi

Nizamnamə kapitalının həcmi

Depozitlərin həcmi

Kredit portfelinin ümumi həcmi

1.    

Azərbaycan Beynəlxalq Bankı ASC

5527,917

240,000

1972,780

3760,812

2.    

Kapital Bank ASC

781,936

30,000

291,196

508,341

3.    

Xalq Bank ASC

650,790

72,828

445,871

494,716

4.    

Bank Standard QSC KB

601,755

75,000

323,601

374,700

5.    

Paşa Bank ASC

509,074

115,407

338,601

194,860

6.    

Texnikabank ASC

506,014

53,685

255,747

364,335

7.    

Access Bank QSC

373,020

41,800

91,189

271,821

8.    

Unibank ASC

354,937

42,027

167,951

237,250

9.    

Dəmirbank ASC

340,381

20,000

145,828

246,172

10.  

Bank Respublika ASC

257,387

37,459

115,387

157,855

 

11.  

SilkWay Bank ASC

250,987

32,190

11,565

226,135

12.  

AGBank ASC

249,209

18,557

127,667

193,835

13.  

Bank of Baku ASC

245,126

12,852

153,113

185,322

14.  

Zamin Bank ASC

242,791

20,722

55,661

154,285

15.  

AtaBank ASC

217,854

25,000

143,267

106,159

16.  

Muğan Bank ASC

208,675

20,000

82,358

135,271

17.  

YapıKredi Bank Azerbaijan QSC

206,877

31,611

63,375

69,692

18.  

AFB Bank ASC

183 749 251

42 343 838

7 526 716

130 737 867

19.  

Royal Bank ASC

173,734

22,139

75,485

125,063

20.  

Bank of Azerbaijan ASC

146,861

23,500

66,795

133,916

21.  

Expressbank ASC

135,153

51,000

74,291

49,371

22.  

Turanbank ASC

131,456

20,000

44,195

103,966

23.  

Azərbaycan Sənaye Bankı ASC

129,950

22,114

97,248

72,039

24.  

Rabitəbank ASC

121,821

10,103

102,840

85,447

25.  

Bank Nikoil ASC

178,328

22,500

65,545

149,804

 

26.  

Parabank ASC

108,638

11,570

63,775

73,418

27.  

Kredo Bank ASC

83,617

15,540

11,139

65,240

28.  

Amrahbank ASC

78,656

14,387

43,754

48,026

29.  

Azər-Türk Bank ASC

61,329

10,991

31,758

30,142

30.  

Bank Avrasiya ASC

60,189

20,000

32,657

20,288

31.  

Melli İran Bank-Bakı

53,519

14,631

4,380

9,946

32.  

NBCBank ASC

47,829

16,071

11,987

42,758

33.  

United Credit Bank ASC

44,880

12,108

16,281

32,660

34.  

Deka Bank ASC

44,043

12,439

17,166

38,642

35.  

Gəncəbank SKB

41,808

15,000

3,108

29,202

36.  

Atrabank ASC

39,669

10,425

9,437

28,319

37.  

Qafqaz İnkişaf Bankı ASC

33,514

10,000

3,151

28,780

38.  

Günaybank ASC

33,028

13,024

7,663

27,990

39.  

VTB Azerbaijan ASC

26,790

23,815

2,918

15,271

40.  

BTB Bank ASC

24,881

12,239

m/y

m/y

41.  

Pakistan Milli Bankı – Bakı

11,133

10,163

m/y

m/y

42.  

Birlik Bank ASC

m/y

m/y

m/y

m/y

43.  

Azərbaycan Kredit Bankı ASC

m/y

m/y

m/y

m/y

44.  

Evrobank ASC

m/y

m/y

m/y

m/y

45.   

Naxçıvanbank  ASC

m/y

m/y

m/y

m/y

 

 

5 ən böyük bank üzrə:

8071,472

533,235

3372,049

5333,429

 

Cəmi göstəricilərdə payı, %:

60,7

39,2

61,9

58,2

 

 

10 ən böyük bank üzrə:

9903,211

728,206

4148,151

6610,862

 

Cəmi göstəricilərdə payı, %:

74,5

53,6

76,1

72,1

 

 

25 ən böyük bank üzrə:

12652.15

1087,044

5340,503*

8443,773*

 

Cəmi göstəricilərdə payı

95,2

79,9

98*

92,2*

 

 

CƏMİ:

13290,810

1359,438

5448,800

9163,400


* - bu göstəriciyə AFB Bank ASC-nin göstəriciləri daxil deyil.



Oxunub: 91038



Azərbaycan Televiziyaları
İnternet Radio