Baş səhifə    » KONSTİTUSİYA    » Konstitusiyanın qəbul olunma tarixi   

Konstitusiyanın qəbul olunma tarixi

  


Sovet Sosialist Respublikalar İttifaqının (SSRİ) dağılmasının labüdləşdiyi bir məqamda - 1991-ci il avqustun 31-də Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Bəyannamə” qəbul edildi. 18 Oktyabr 1991-ci il tarixində “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsi respublikanın müstəqil dövlətçiliyinin hüquqi əsasını möhkəmləndirdi. Yeni Konstitusiyanın hazırlanması üçün başlanğıc sayılan bu Akt respublikanın dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarının təsisini nəzərdə tuturdu. 
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiya qəbul edilənədək 1978-ci il Kontitusiyasının “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə ziddiyyət təşkil etməyən maddələri qüvvədə olmuşdur. 9 oktyabr 1993-cü ildə “Azərbaycan Respublikasının Konstitusiyasına (Əsas Qanununa) dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanun 1995-ci il noyabrın 27-dən qüvvədən düşmüşdür.
Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən etibarən ictimai-siyasi, sosial-iqtisadi və hüquqi həyatda baş verən sürətli dəyişikliklər, eyni zamanda 1991-ci il il Konstitusiya Aktının yekun müddəalarının tələbləri yeni Konstitusiyanın tez bir zamanda qəbul olunmasını zəruri edirdi. Yeni Konstitusiyanın hazırlanması məqsədilə 1991-ci və 1993-cü illərdə komissiyalar təşkil edilsə də, onların əməli fəaliyyəti nəzərə çarpmamışdı. 1995-ci il mayın 2-də Milli Məclisin qərarına əsasən Prezidentin rəhbərliyi ilə komissiya yaradılmışdı.
Müstəqil Azərbaycan dövlətinin Konstitusiya əsasları 1995-ci il 12 noyabr tarixli referendumda qəbul olunmuş və 1995 il noyabrın 27-dən qüvvədə olan Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilir.



Oxunub: 95123



Azərbaycan Televiziyaları
İnternet Radio