Baş səhifə    » TƏLTİFLƏR    » Medallar    » “Dövlət qulluğunda fərqlənməyə görə” medal   

“Dövlət qulluğunda fərqlənməyə görə” medal

  


"Dövlət qulluğunda fərqlənməyə görə" medalının təsviri


"Dövlət qulluğunda fərqlənməyə görə" medalı bürüncdəndir, diametri 35 mm
olan milli ornamentlərlə naxışlanmış lövhə şəklində tərtib edilmişdir. İkinci
səviyyədə olan lövhənin mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbi təsvir edilmişdir. Gerbin ətrafı boyunca paylanan şüaların üstündə "Dövlət qulluğunda fərqlənməyə görə" sözləri yazılmışdır. Bütün yazılar və təsvirlər qabarıqdır.
Medalın arxa tərəfi hamar səthlidir, ortasında medalın nömrəsi həkk olunmuşdur.
Medal paltara bərkidilmək üçün elementi olan 27 mm x 47,5 mm ölçüdə sarımtıl
çəhrayı çalarlı beşbucaqlı xara lenti halqa və ilgək vasitəsilə birləşdirilir.
Medala paltara bərkidilmək üçün elementi olan, milli ornamentlə naxışlanan eyni
xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.



Oxunub: 586990