Baş səhifə    » TƏLTİFLƏR    » Medallar    » “Hərbi əməkdaşlıq sahəsində xidmətlər görə” medal   

“Hərbi əməkdaşlıq sahəsində xidmətlər görə” medal

  


"Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalının təsviri


"Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş qızılı rəngli, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir. Medalın ön tərəfində üzərində səkkizguşəli ulduz yerləşdirilmiş qalxan təsvir edilmişdir. Qalxandan yuxarıda çevrə boyunca "Azərbaycan Respublikası", ulduzun ortasında "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" sözləri yazılmış, qalxandan aşağıda iki çarpazlaşdırılmış qılınc, qalxanın sol tərəfində dəfnə yarpağından, sağ tərəfində isə palıd yarpağından çələnglər yerləşdirilmişdir. Çevrənin daxili və ulduzun xarici konturlarının arasında relyefli şüalar vardır. Ulduz ağ, qılınclar gümüşü rəngdə, qalan təsvirlər isə qızılı rəngdədir. Arxa tərəfi hamar səthlidir. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentdə
yaşıl rəngli fonda, kənarlarından mərkəzə doğru ardıcıl olaraq 1 mm enində qızılı rəngli, 3 mm enində göy və qırmızı rəngli şaquli zolaqlar təsvir edilmişdir. Medala paltara bərkidilmək üçün elementi olan, üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.



Oxunub: 300269