Baş səhifə    » TƏLTİFLƏR    » Medallar    » “Hərbi xidmətdə fərqlənməyə görə” medal   

“Hərbi xidmətdə fərqlənməyə görə” medal

  


"Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci, 2-ci və 3-cü dərəcəli medalın təsviri


"Hərbi xidmətdə fərqlənməyə görə" medalı üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz yerləşdirilmiş ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, dairəvi formalı və diametri 35 mm girdə lövhədən ibarətdir. Medalın ön tərəfində üst səthi hamar və guşələri qabarıq olan səkkizguşəli ulduzun fonunda açılmış qartal qanadları, çarpazlaşdırılmış tüfənglər və lövbər təsvir edilmişdir. Ulduzun üst səthində, guşələrinin konturları ilə çevrənin konturları arasında relyefli şüalar vardır.  İki tərəfdən konturlanmış çevrə boyunca yuxarıda "Hərbi xidmətdə fərqlənməyə görə"  Medalın 3-cü dərəcəsi gümüşü rəngli, 2-ci dərəcəsi çevrə və onun üzərindəki sözlər istisna olmaqla - qızılı rəngli, 1-ci dərəcəsi - qızılı rəngli, qartal qanadları gümüşü, lövbər isə qara rəngdədir. Arxa tərəfi hamar səthidir. 
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı zeytun rəngli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Bütün dərəcəli medallar üçün xara lentin kənarlarında 1 mm enində qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur. Lentin ortasında medalın 1-ci dərəcəsi üçün eni 5 mm olan qızılı rəngli bir şaquli zolaq, 2-ci və 3-cü dərəcəsi üçünn eni 2 mm olan müvafiq olaraq iki və üç zolaq vardır. Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.




Oxunub: 441101