Baş səhifə    » TƏLTİFLƏR    » Medallar    » “Hərbi xidmətə görə” medal   

“Hərbi xidmətə görə” medal

  


“Hərbi xidmətlərə görə” medalının təsviri


“Hərbi xidmətlərə görə” medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, dairəvi ornamentli və mərkəzdən paylanan şüaları olan diametri 35 mm qalxanabənzər girdə lövhədən ibarətdir. Qalxanın ortasında səkkizguşəli ulduz və ulduzun arxasında iki çarpaz qılınc təsvir olunmuşdur. Arxa tərəfi hamar səthlidir, ortasında “Hərbi xidmətlərə görə” sözləri yazılmışdır, ondan aşağıda medalın nömrəsi həkk olunmuşdur. Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə qəhvəyi çalarlı düzbucaqlı xara lentə halda və ilgək vasitəsilə birləşdirilir. Medala paltara bərkidilmək üçün elementi olan, üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.



Oxunub: 72296