Baş səhifə    » TƏLTİFLƏR    » Medallar    » “Qızıl ulduz” medalı   

“Qızıl ulduz” medalı

  


"Qızıl Ulduz" medalının təsviri


"Qızıl Ulduz" medalı üz tərəfində ikiüzlü hamar şüalar olan, 31,5 mm qabarit ölçülü səkkizguşəli ulduzdan ibarətdir, sarı qızıldan hazırlanmışdır. Arxa tərəfi hamar səthlidir, ortasında "Azərbaycanın Milli Qəhrəmanı" sözləri yazılmışdır. Yuxarı şüanın küncündə medalın nömrəsi həkk olunmuşdur.
Medal ilgək və halqa vasitəsi ilə ölçüsü 27 mm x 20 mm olan Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun üçrəngli beşkünc xara lentə birləşdirilmişdir. Lentin yuxarı kənarında qızıl suyuna çəkilmiş ensiz metal lövhə və paltara bərkidilmək üçün element vardır.
Medala üzərində Azərbaycan Respublikasının Dövlət bayrağı təsvir edilmiş, paltara bərkidilmək üçünn elementi olan 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur. 



Oxunub: 601954