Baş səhifə    » TƏLTİFLƏR    » Medallar    » “Silahlı Qüvvələr veteranı” medalı   

“Silahlı Qüvvələr veteranı” medalı

  


"Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalının təsviri


"Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və gümüş suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir. Medalın ortasında Silahlı Qüvvələrin relyefli emblemi təsvir olunmuşdur. Emblemdən yuxarıda qövs boyunca "Azərbaycan Respublikası", aşağıda isə lent üzərində "Silahlı Qüvvələri Veteranı" sözləri həkk olunmuşdur. Aypara, ulduz və lent ağ rəngdədir. Arxa tərəfi hamar səthlidir. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentdə zeytun rəngli fonda, kənarlarından mərkəzə doğru ardıcıl olaraq Silahlı Qüvvələrin növlərinin rəngləri - 1 mm enində zeytun və ağ rəngli, 3 mm enində göy və ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir. Medala paltara bərkidilmək üçün elementi olan eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.



Oxunub: 778047