Baş səhifə    » TƏLTİFLƏR    » Medallar    » “Tərəqqi” medalı   

“Tərəqqi” medalı

  


“Tərəqqi” medalının təsviri


“Tərəqqi” medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş 35 mm diametrli girdə lövhədir, kənarları hərəkət simvollu haşiyələrdən ibarətdir. Medalın mərkəzində çiçəklənmə rəmzi təsvir olunmuşdur və onun üzərində çevrə boyunca “Tərəqqi” sözü yazılmışdır. Gül təsviri və yazı qabarıqdır. Arxa tərəfi hamar səthlidir, ortasında medalın nömrəsi həkk olunmuşdur. Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə yaşıl çalarlı beşguşəli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Medala paltara bərkidilmək üçün elementi olan, üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.



Oxunub: 432873