Baş səhifə    » TƏLTİFLƏR    » Ordenlər    » “Dostluq” ordeni   

“Dostluq” ordeni

  



Azərbaycan Respublikasının "Dostluq" ordeninin təsviri


Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli 248-IIIQ nömrəli 
Qanunu ilə təsdiq edilmişdir "Dostluq" ordeni qızıldan düzəldilmiş itiuclu səkkizguşəli ulduz və onun üzərinə bərkidilmiş girdə lövhədən ibarətdir. Girdə lövhədə tutqun sarı rəngli qızıldan hazırlanmış relyefli quş qanadları arasında parlaq platindən düzəldilmiş yer kürəsi təsvir olunmuşdur. Girdə lövhənin kənarları qabarıqdır. Orden halqa və ilgək vasitəsilə Azərbaycan bayrağının rənglərini əks etdirən lentə birləşdirilmişdir.
Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur.
Təltif dəstinə aşağıdakılar daxildir:
1. boyundan asmaq üçün Azərbaycan bayrağının rənglərini əks etdirən 23 mm
enində lentdən ibarət 50 mm qabarit ölçülü orden;
2. paltara bərkidilmək üçün Azərbaycan bayrağının rənglərini əks etdirən 21 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden;
3. paltara bərkidilmək üçün elementi olan, Azərbaycan bayrağının rənglərini əks etdirən, ölçüsü 1 mm x 15 mm olan qəlib.



Oxunub: 146319



Azərbaycan Televiziyaları
İnternet Radio