Baş səhifə    » TƏLTİFLƏR    » Ordenlər    » “Şah İsmayıl” ordeni   

“Şah İsmayıl” ordeni

  



“Şah İsmayıl” ordeninin Təsviri


Azərbaycan Respublikasının 1998-ci il 6 fevral tarixli 429- IQD saylı Qanunu ilə Təsdiq edilmişdir.
“Şah İsmayıl” ordeni düzgün səkkizguşəli ulduzşəklindədir, gümüşdəndir.
Ulduzun mərkəzində, üzü qızıl suyuna çəkilmiş və minalanmış, səkkiz bərabər küncü olan lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilmişdir. Arxa tərəfi hamar səthlidir, ortasında “Şah İsmayıl” yazılmışdır, ondan aşağıda ordenin nömrəsi həkk olunmuşdur.

Təltif dəstinə aşağıdakılar daxildir:
- boyundan asmaq üçün 27 mm enində, qırmızı çalarlı lenti olan, 50 mm qabarit ölçülü orden;
- paltara bərkidilmək üçün elementi olan, beşguşəli 27 mm x 47,5 mm ölçüdə qırmızı çalarlı beşguşəli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilən, 35 mm qabarit ölçülü orden.



Oxunub: 79112



Azərbaycan Televiziyaları
İnternet Radio