Baş səhifə    » TƏLTİFLƏR    » Ordenlər    » “Şərəf” ordeni   

“Şərəf” ordeni

  


Azərbaycan Respublikasının "Şərəf" ordeninin Təsviri


Azərbaycan Respublikasının  2007-ci il 16 fevral tarixli 248-IIIQ nömrəli Qanunu ilə  Təsdiq edilmişdir 
"Şərəf" ordeni qızıldan və platindən hazırlanmış səkkizguşəli ulduz və onun üzərinə bərkidilmiş girdə lövhədən ibarətdir. Girdə lövhədə platindən düzəldilmiş xarici və qızıldan düzəldilmiş daxili dairə mövcuddur. Platindən hazırlanmış xarici dairənin yuxarı hissəsində çevrə boyunca qızıldan “Şərəf” sözü həkk olunmuşdur. Girdə lövhənin ortasında süni yaqut bərkidilmişdir. Orden halqa və ilgək vasitəsilə kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə lentə birləşdirilmişdir. Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur.
Təltif dəstinə aşağıdakılar daxildir:
1. boyundan asmaq üçün kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə 27 mm enində lentdən ibarət 50 mm qabarit ölçülü orden;
2. paltara bərkidilmək üçün 25 mm x 50 mm ölçüdə, kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden;
3. paltara bərkidilmək üçün elementi olan, kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə, ölçüsü 1 mm x 15 mm olan qəlib. 



Oxunub: 577037