Baş səhifə    » TƏHSİL    » Dövlət universitetləri   

Dövlət universitetləri

  


Bakı Dövlət Universiteti
Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinin 01 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edilib və onun nizamnaməsi təsdiq olunub – Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradıldı. Universitet ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başladı. İlk rektoru Qazan Universitetinin professoru, V.İ.Razumovski olub. 
Ünvan: Bakı ş., Z.Xəlilov küçəsi 23
Telefon:(+994 012) 439-08-58
Faks:  (+994 012) 598-33-76
http://www.bsu.az/ 
e-mail: bsu@bsu.az

Azərbaycan Dövlət Neft Akademiyası (ADNA)
1920-ci ildə Avropa və Asiyada neft sahəsi üzrə ilk texniki-ali məktəb olan ADNA yaradılıb. O vaxtdan bu günə kimi ADNA Azərbaycanın elmi-texniki fikrinin zənginləşdirilməsində xüsusi yer tutub. Onun həm də keçmiş Sovetlər İttifaqı və xarici ölkə vətəndaşlarının ali təhsilə yiyələnməsində böyük rolu olub. 
Ünvan: Bakı ş., Azadlıq prospekti 20
Telefon: (+994 012) 493-45-57
Faks: (+994 012) 498-29-41
http://www.adna.jis.az/ 
e-mail: ihm@adna.baku.az

Azərbaycan Tibb Universiteti
Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il iyun ayının 19-da Bakı Dövlət Universiteti tibb fakültəsinin müstəqil, 2 fakültəsindən ibarət (müalicə-profilaktika və sanitariya-gigiyena) tibb institutuna çevrilməsi haqqında verdiyi 28799 saylı qərarı ilə yaradılıb. Tanınmış ictimai xadim və xalq səhiyyə komissarı M.Qədirli tibb institutunun ilk rektoru olub (1930). 
Ünvan: Bakı ş.,Bakıxanov küçəsi 23
Telefon: (+994 012) 495-35-66
Faks:   (+994 012) 495-38-70
http://www.amu.edu.az/ 
e-mail: amu@azmeduni.com

Azərbaycan Texniki Universiteti
1950-ci ildən fəaliyyət göstərir. Hazırda universitetdə elm və texnikanın müxtəlif sahələrini əhatə edən 26 istiqamətdə 70 ixtisas üzrə yüksək səviyyəli mütəxəssis və elmi kadrlar hazırlanır.
Ünvan: Bakı ş., Hüseyn Cavid pr. 25
Telefon: (+994 012) 438-33-43
Faks:  (+994 012) 438-32-80
http://www.aztu.az/ 
e-mail: aztu@aztu.org

Azərbaycan Dövlət İqtisad Universiteti
1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. İqtisadiyyat fakültəsinin bazasında isə Ticarət-Kooperativ İnstitutu adlı ali təhsil ocağı təşkil edilib. Beləliklə, indiki Azərbaycan Dövlət İqtisad Universitetinin ilkin əsası Azərbaycan Xalq Komissarları Şurasının 1930-cu il 19 iyun tarixli qərarı ilə Ticarət-Kooperativ İnstitununun bazası əsasında qoyulub. 
Ünvan: Bakı ş., İstiqlaliyyət küçəsi 6
Telefon: (+994 012) 492-60-43 
Faks:  (+994 012) 492-59-40
http://www.aseu.az/   
e-mail: aseu@aseu.ab.az

Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı
Ünvan: Rusiya Federasiyası, Dərbənd şəhəri, S.Stalski 26
Telefon: (+787 240) 2-78-15
Faks:  (+787 240) 2-78-15
 
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Universitet 1921-ci ildə yaradılıb. Onun ilk buraxılışı 1923-24-cü tədris ilində olub. ADPU indiyədək 100 mindən artıq ali təhsilli müəllim kadrları hazırlayıb. Hazırda universitetdə müəllim və tərbiyəçi kadrları hazırlayan 10 fakültə və 55 kafedra fəaliyyət göstərir.
Ünvan: Bakı ş., Ü.Hacıbəyov küçəsi 34
Telefon: (+994 012) 598-37-71
Faks:  (+994 012) 493-00-26
http://www.aspu.az/  
e-mail: adpu@azeri.com

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU)
AzMİU 1920-ci ildən Bakı Politexnik İnstitutunun tərkibində inşaat fakültəsi, 1930-1934-cü illərdə müstəqil İnşaat və Memarlıq İnstitutu, 1934-cü ildən Azərbaycan Sənaye İnstitutunun, 1951-ci ildən isə Azərbaycan Politexnik İnstitutunun tərkibində inşaat-memarlıq yönümlü ixtisasları birləşdirən bir neçə fakültə kimi fəaliyyət göstərib. 1975-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılıb. 1992-ci ildə institut universitet statusu alıb. AzİMU inşaat sahəsində Zaqafqaziyada ilk və hələlik yeganə ali təhsil müəssisəsidir. 
Ünvan: Bakı ş., A.Sultanova küçəsi 5
Telefon: (+994 012) 438-30-01
Faks:  (+994 012) 498-78-36
http://www.azmiu.edu.az/  
e-mail: rector@azmiu.ab.az

Bakı Slavyan Universiteti
Bakı Slavyan Universiteti Azərbaycan Respublikasının Prezidenti 13 iyun 2000-ci il tarixli fərmanı ilə M.F.Axundov adına APRDƏİ-nin bazasında yaradılıb.
Ünvan: Bakı ş., S.Rüstəm küçəsi 25
Telefon: (+994 012) 440-27-70
Faks:  (+994 012) 440-27-70
http://www.bsu-az.org/ 
e-mail: akslavuniver@hotmail.com

Azərbaycan Dillər Universiteti
1972-cü ildən SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutu kimi müstəqil fəaliyyət göstərir. Bundan əvvəlki dövrdə Dillər İnstitutu Rus dili və Ədəbiyyatı İnstitutu ilə vahid ali məktəb kimi fəaliyyət göstərib. İnstitutda tələbələrin təlim-tərbiyəsi ilə 600-ə yaxın müəllim, o cümlədən 37 nəfər professor, 157 nəfər dosent, 211 nəfər baş müəllim, 157 nəfər müəllim məşğul olur
Ünvan: Bakı ş., R.Behbudov küçəsi 60
Telefon: (+994 012) 440-35-05
Faks:  (+994 012) 440-85-46
http://www.adu.edu.az/       
e-mail: natiqadu@rambler.ru

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
Əsası 1930-cu ildə qoyulub. İlk dəfə məktəbi 39 nəfər bədən tərbiyəsi və idman mütəxəssəsi bitirib. İlk illər institutda 11 kafedra yaradılıb. Tədris Azərbaycan, rus, gürcü və erməni dillərində aparılıb, əvvəlcə 3 illik, sonra isə 4 illik təhsil sistemi qəbul edilib. 1936-cı ildən bu ali məktəb Zaqafqaziyada Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi fəaliyyətini davam etdirib. Bu dövrdə institutda ictimai elmlər, anatomiya, biologiya, kimya, gigiyena, fizika, fiziologiya, riyaziyyat, bədən tərbiyəsinin texnikası və metodikası kafedraları açılıb.
Ünvan: Bakı ş., Fətəli xan Xoyski prospekti 98
Telefon: (+994 012) 564-47-31
Faks:  (+994 012) 493-86-17
e-mail: agacanbox@mail.ru
  
Azərbaycan Dövlət Aqrar Universiteti
Azərbaycanın aqrar sektorunu yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisləri ilə təmin edən yeganə dövlət ali təhsil müəssisəsidir. 1920-ci ildə Azərbaycan Politexnik İnstitutunun nəzdində yaradılan kənd təsərrüfatı fakültəsi müstəqil Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun əsası olub.
Ünvan: Gəncə şəhəri, Atatürk prospekti 262
Telefon: (+994 022) 56-57-33; 
(+994 022) 52-34-94
Faks: (+994 022) 56-03-53
http://www.adau.edu.az/     
e-mail: info@adau.edu.az
  
Bakı Musiqi Akademiyası
BMA-nın tarixi Musiqi Kollecinin (keçmiş A. Zeynallı adına Bakı Musiqi texnikumu) bazası əsasında formalaşıb. BMA-nın hal-hazırda yerləşdiyi binanın (M. İbrahimov küçəsi 8) özülü 1885-ci ildə qoyulsa da, ilk musiqi təhsil ocağı kimi 1895-cı ildən fəaliyyətə başlayıb. Musiqi məktəbinin əsasını Moskva konservatoriyasının yetirməsi Antonina Nikolayevna Yermolayeva qoyub.
Ünvan: Bakı ş., Ş.Bədəlbəyli küçəsi 98
Telefon: (+994 012) 493-22-48; 
(+994 012) 493-19-28
Faks: (+994 012) 493-77-96
http://musakademiya.musigi-dunya.az/ 
e-mail: info@musigi-dunya.az

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Universitet 1945-ci ildə Bakı teatr texnikumunun bazası əsasında yaradılıb, Teatr İnstitutu adı ilə fəaliyyət göstərib. İlk tələbə qəbulu teatrşünaslıq, aktyor sənəti və rejissorluq ixtisasları üzrə aparılıb. 1954-cü ildə instituta xalq artisti Mirzağa Əliyevin adı verilib. 1959-cu ildən burada “Mədəni maarif”, 1963-cü ildə isə “Dekorativ tətbiqi sənət” ixtisasları üzrə mütəxəssis hazırlığına başlayıb. 1968-ci ildə ali məktəb Azərbaycan Dövlət İncəsənət İnstitutuna çevrilib. 1981-91-ci illərdə burada rəngkarlıq, qrafika, heykəltəraşlıq, sənətşünaslıq ixtisasları, habelə teatr, kino, kulturologiya və bədii sənaye incəsənəti üzrə bir sıra yeni ixtisaslaşmalar açılıb.
Ünvan: Bakı ş., İnşaatçılar prospekti 9
Telefon: (+994 012) 439-07-78; 
(+994 012) 439-76-06  
Faks:  (+994 012) 438-93-48
http://www.admiu.edu.az/ 
e-mail: ncmed@azeri.com

Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası
Azərbaycan Respublikası Prezidentinin 3 yanvar 1999-cu il tarixli 60 saylı fərmanı ilə yaradılmışdır. Akademiya dövlət idarəçiliyi və dövlət kadr siyasəti sahəsində elmi tədqiqatlar aparır və eyni zamanda dövlət idarəçiliyi məsələləri üzrə dövlət hakimiyyəti orqanlarının analitik - informasiya təminatını həyata keçirir.
Ünvan: Bakı ş., Lermontov küçəsi 74
 Telefon: (+994 012) 492-65-29
 Faks:  (+994 012) 492-65-15
http://www.dia.edu.az/ 
e-mail: diarektor@azdata.net

Azərbaycan Dövlət Dəniz Akademiyası
Azərbaycanda dənizçi kadrların hazırlanmasına 1881-ci ilin noyabrından başlanıb. 1896-cı ildə dənizçilik sinifləri nəzdində mexanika kursu (sonralar gəmi mexanikləri məktəbi) açılıb. Əksər Azərbaycan dənizçiləri təhsilini bu siniflərdə alıb.
1 iyul 1902-ci ildə Bakı dənizçilik sinifləri əsasında üçillik Bakı uzaq səfərlər məktəbi yaradıldı və eyni zamanda məktəbin tərkibində hazırlıq kursları təşkil edildi.
1 oktyabr 1921-ci ildə isə Bakı su nəqliyyatı texnikumunda istehsalatdan ayrılmamaqla axşam şöbəsi və istehsalatdan ayrılmaqla əyani şöbə açıldı.
Ünvan: Bakı ş., Azərbaycan prospekti 18
Telefon: (+994 012) 493-09-63; 
(+994 012) 493-09-19
Faks: (+994 012) 493-75-21
http://www.caspianagma.com/ 
e-mail: info@caspianagma.com

Milli Aviasiya Akademiyası
“Azərbaycan Hava Yolları” Dövlət Konserninin Milli Aviasiya Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyun 1992-ci il tarixli, 337 saylı qərarı ilə “Milli Aviasiya Mərkəzi” adı ilə yaradılıb və sonra Nazirlər Kabinetinin 24 fevral 1994-cü il tarixli, 81 saylı qərarı ilə Milli Aviasiya Akademiyasına çevrilib. Akademiya 1999-cu ildə Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə “Mülki Aviasiya Ali Təhsil Müəssisəsi” sertifikatına layiq görülüb.
Ünvan: Bakı ş., Binə qəs. Aviaşəhərcik
Telefon: (+994 012) 497-28-29; 
(+994 012) 497-28-42
Faks: (+994 012) 497-28-38
http://www.naa.in-baku.com/ 
e-mail: meil@naa.edu.az

Sumqayıt Dövlət Universiteti
Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli fərmanı ilə 1961-ci ildən fəaliyyət göstərir. Azərbaycan Sənaye İnstitutunun bazasında yaradılıb.
Universitetin 7 – “Riyaziyyat”, “Fizika və elektroenergetika”, “Kimya”, “Mühəndislik”, “İqtisadiyyat və idarəetmə”, “Tarix” və “Filologiya” fakültələrində 4000-ə yaxın tələbə 21 istiqamət üzrə təhsil alır.
Ünvan: Sumqayıt şəhəri, 43-cü məhəllə
Telefon: (+994 018) 642-16-20
Faks: (+994 018) 642-02-70 
http://www.sdu.az/az/  
e-mail: sdu@sdu.edu.az

Lənkəran Dövlət Universiteti
Respublika Nazirlər Kabinetinin 1991-ci il 25 sentyabr tarixli 319 saylı qərarı ilə Bakı Dövlət Universitetinin filialı kimi fəaliyyətə başlayıb, Nazirlər Kabinetinin 1992-ci il 23 iyul tarixli 403 saylı qərarı ilə müstəqil Dövlət Universitetinə (LDU) çevrilib.
Universitetdə 4 fakültə: humanitar elmlər, təbiyyət, iqtisadiyyat və pedaqoji fakültələr fəailiyyət göstərir. 1997-98-ci tədris ilindən universitetdə magistratura şöbəsi yaradılıb. 
Ünvan: Lənkəran şəhəri, general Həzi Aslanov xiyabanı 50
Telefon: (+994 0171) 5-38-52; 
(+994 0171) 5-25-88
Faks:  (+994 0171) 5-27-86
http://www.lsu.edu.az/ 
e-mail: ofis@lsu.edu.az

Gəncə Dövlət Universiteti
1939-cu ildə natamam ali təhsil verən ikiillik müəllimlər institutu kimi fəaliyyətə başlayıb. İnstitut Azərbaycanın qərb zonası üçün müəllim kadrları yetişdirmək üçün yaradılıb. 1943-cü ildən institut tam ali təhsil verən tədris müəssisəsinə çevrilib və ona Həsənbəy Zərdabinin adı verilib. Hazırda institutun 7 fakültəsində 21 ixtisas üzrə müəllim kadrları hazırlanır
Ünvan: Gəncə şəhəri, Şah İsmayıl Xətai pr. 187
Telefon: (+994 022) 56-73-10 
Faks:  (+994 022) 56-19-63
http://www.gsu.az/  
e-mail: info@gsu.az

Azərbaycan Texnologiya Universiteti
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13.06.2000-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil Nazirinin 11.07.2000-ci il tarixli 691 saylı əmri ilə Azərbaycan Texnologiya İnstitutunun profili genişləndirilməklə Azərbaycan Texnologiya Universiteti yaradılıb.
Ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti 103
Telefon: (+994 022) 57-26-60
Faks:  (+994 022) 57-29-61
http://www.aztun.edu.az/  
e-mail: azturektorat@gmail.com

Mingəçevir Politexnik İnstitutu
İnstitut fəaliyyətə 1991-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (hazırkı Azərbaycan Dövlət Neft Akademiyası) filialı kimi başlayıb. 1992-ci ildən müstəqil ali məktəb statusu alaraq Mingəçevir Politexnik İnstitutu adı ilə fəaliyyət göstərməyə başlayıb.
Ünvan: Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 21
Telefon: (+994 0147) 5-32-72
Faks:  (+994 0147) 5-35-97
http://www.mpi-az.narod.ru/  
e-mail: mpi@meic.osi-az.org

Naxçıvan Dövlət Universiteti
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən yeganə dövlət universitetidir. Naxçıvan Dövlət Universiteti 1967-ci ildə yaradılıb, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialına, beş il sonra isə müstəqil ali məktəbə çevrilib. Naxçıvan Dövlət Pedaqoji İnstitutunun varisidir.
Ünvan: Naxçıvan şəhəri, Universitet şəhərciyi
Telefon: (+994 0136) 45-23-66; 
(+994 0136) 45-39-29
Faks:  (+994 0136) 45-72-88
http://www.ndu.edu.az/  
e-mail: ndu@ndu.edu.az

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 2002-ci ildə Respublika Prezidentinin fərmanı ilə yaradılıb. Akademiyada bakalavr hazırlığı üçün 4 il, magistr hazırlığı üçün 2 il vaxt norması nəzərdə tutulub. 
Ünvan: Bakı ş., Heydər Əliyev prospekti 58
Telefon: (+994 012) 566-98-34;
(+994 012) 566-93-69
Faks: (+994 012) 566-56-37
http://www.adra.edu.az 
e-mail: adra@azeurotel.com

Azərbaycan Milli Konservatoriyası
Azərbaycan Milli Konservatoriyası ali musiqi təhsil məktəblərindən biridir. Ali musiqi məktəbi Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli “Azərbaycan Milli Konservatoriyası”nın təsis edilməsi haqqında fərmanı ilə yaradılıb. Prezidentin 10 avqust 2001 ci il tarixli “Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının yaradılması haqqında” sərəncama əsasən Azərbaycan Milli Konservatoriya tərkibinə Bakı Musiqi Kolleci və Respublika İncəsənət Gimnaziyası daxil olub.
Ünvan: Bakı ş., Mirzə İbrahimov küç. 8
Telefon: (+994 012) 510-53-28; 
(+994 012) 430-58-68; 
Faks: (+994 012) 497-04-95
 http://www.conservatory.az/ 
e-mail: musiqi az@mail.ru

Azərbaycan Diplomatik Akademiyası
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2006-cı il fərmanı ilə yaradılıb.
Ünvan: Bakı ş., Şamil Əzizbəyov küç. 88
Telefon: (+994 012) 437-32-35
Faks: (+994 012) 437-32-36
 http://www.ada.edu.az/ 
e-mail: faculty@ada.edu.az

Azərbaycan Müəllimlər İnstitutu
Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə məktəbəqədər tərbiyə müəssisələri və məktəblərin ibtidai sinifləri üçün pedaqoji kadrlar hazırlamaq, habelə müəllimlərin ixtisaslarının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanmasını təmin etmək məqsədi ilə Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun bazasında yaradılıb. 1929-cu ildən pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması sahəsində ali təhsili mütəxəssis hazırlığı ilə fəaliyyətə başlayan indiki AMİ hal-hazırda müxtəlif istiqamətlər, bakalavr, magistratura, aspirantura və dissertantura, ixtisasartırma və yenidənhazırlanma təhsil istiqamətləri üzrə kadr hazırlığı mərkəzinə çevrilmişdir.
Ünvan: Bakı ş., Koroğlu Rəhimov küç. 874-cü məhəllə
Telefon: (+994 012) 465-66-93; (+994 012) 564-08-95
Faks:  (+994 012) 564-80-47
 
Sumqayıt filialı
Ünvan: Sumqayıt ş., 16-cı kvartal 38a
Telefon: +994 018) 645-27-78
 
Ağcabədi filialı
Ünvan: Ağcabədi ş., M.Ə.Rəsulzadə pr.210
 Telefon: (+994 0113) 5-51-44
 
Şəki filialı
Ünvan: Şəki şəhəri
Telefon: (+994 0177) 6-02-18
 
Cəlilabad filialı
Ünvan: Cəlilabad şəhəri
Telefon: (+994 0114) 5-51-72
 
Quba filialı
Ünvan: Quba ş., Fətəli Xan küç.4
Telefon: (+994 0169) 5-20-86
 
Zaqatala filialı
Ünvan: Zaqatala ş., M.Əzizbəyov küç.4
Telefon: (+994 0174) 5-21-57
 
Qazax filialı
Ünvan: Qazax ş., M.Ə.Sabir küç.150
Telefon: (+994 0279) 5-17-62
 
Mingəçevir filialı
Ünvan: Mingəçevir ş., M.Ə.Rəsulzadə pr.55/18
Telefon: (+994 0147) 5-53-54
 
Gəncə filialı
Ünvan: Gəncə şəhəri, Xətai pr.56
Telefon: (+994 022) 56-78-14
 
Salyan filialı
Ünvan: Salyan şəhəri
Telefon: (+994 0163) 5-50-53
 
Şamaxı filialı
Ünvan: Şamaxı r-n., Şəhriyar qəs. Azadlıq küç.1
Telefon: (+994 0176) 5-11-39
 
Naxçıvan Müəllimlər İnstitutu
Ünvan: Naxçıvan ş., Heydər Əliyev prospekti 1
Telefon: (+994 0136) 45-32-02 
Faks:  (+994 0136) 45-46-76

Azərbaycan Turizm İnstitutu   
Azərbaycanda turizm sahəsi üçün kadr hazırlayan universitetdir. Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2005-ci il tarixli 972 saylı sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 saylı qərarı ilə təsis edilib. Prezidentin 5 iyul 2006-cı il tarixli sərncamı ilə Cəfər Məmməd oğlu Cəfərov İnstitutun rektoru təyin edilib. ATİ dövlət təhsil sistemi standartına uyğun olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılıb. 
                        
Ünvan: Bakı şəhəri, Koroğlu Rəhimov 822/23
Telefon: (+994 012) 564-42-33; 
(+994 012) 564-54-11 
Faks:  (+994 012) 564-42-34
 http://www.tourism.edu.az/ 
e-mail: ATI@tourism.edu.az
   
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı
Ünvan: Bakı şəhəri, Firudin Ağayev küç. 14
Telefon: (+994 012) 510-92-02; 
(+994 012) 510-96-08



Oxunub: 255135



Azərbaycan Televiziyaları
İnternet Radio