Baş səhifə    » DİL    » Azərbaycan dilinin qrammatikası    » Azərbaycan dilinin leksikası   

Azərbaycan dilinin leksikası

  


Türk dillərinin biri olaraq Azərbaycan dilinin leksik tərkibinin əsasını türk mənşəli sözlər təşkil edir. Bunula bərabər, bu dil oğuz mənşəli olduğu üçün spesifik oğuz sözləri təbəqəsi fərqlənir. Azərbaycan dilində zaman keçdikcə ancaq bu dil üçün səciyyəvi olan sözlər də yaranıb. Məsələn: danışmaq, kənd, tapmaq, uşaq, çöl, dolanmaq, yağış, çıraq, darıxmaq, sırğa, bığ, payız, sümük, zəli, xalq, maral və s.

Təbii ki, tarix boyu Azərbaycan dili digər dillərlə (monqol, ərəb, fars, rus dili və Qərbi Avropa dilləri və s.) qarşılıqlı əlaqədə olmuş və bunun nəticəsində dilin lüğət tərkibinə alınma sözlər də  keçmişdir. 
Azərbaycan dilinin lüğət tərkibinin lüğət tərkibinin alınma sözlər hissəsini belə qruplaşdırmaq olar:

Monqol dili ilə müştərək sözlər:
ər-er, bal-bal, şor-şor, ayaq-adaq, qatı-xatuu, quda-xuda, qabırqa-xavirqa, saqqal-saxal, balta-balta, qayçı-xayç, çöl-çöl, topraq-tovraq, toz-toos, buz-mös və s.

Fars mənşəli sözlər
Bəxt, dastan, nazik, bədən, qəmgin, xoş, əjdaha, bağban, saatsaz, çeşmə, mis, eyvan, divar, dost, meymun, şirin, sirkə, büst, kəmər, kağız və s.
 
Ərəb mənşəli sözlər
Kitab, məktəb, şəhər, dövran, idarə, müdir, şimal, tayfa, dükan, xəmir, nəsihət, sifət, fikir, tərəf, məcbur və s.

Rus dilindən və rus dili vasitəsilə başqa dillərdən alınma sözlər:
Deputat, dialektika, teatr, artist, start, kabinet, dosent, universitet, briqadir, avtomat, telefon, kompyuter, sirk, dekan və s.




Oxunub: 614013



Azərbaycan Televiziyaları
İnternet Radio