Baş səhifə    » DİL    » Azərbaycan dilinin qrammatikası    » Azərbaycan dilinin morfologiyası   

Azərbaycan dilinin morfologiyası

  

Azərbaycan dilinin leksik tərkibi leksik-qrammatik, morfoloji və sintaktik xüsusiyyətlərinə görə bir neçə qrupa – nitq hissələrinə bölünür: adlar, fellər və köməkçi nitq hissələri.

Azərbaycan dilində nitq hissələrinin tərkibinə isim, sifət, say, əvəzlik, fel, zərf, qoşma, bağlayıcı, ədat və modal sözlər daxildir.
Azərbaycan dilində isimlərə xas dörd ümumi qrammatlk kateqoriya qeyd olunur: hal (adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq), mənsubiyyət (-ım4, -m, - ımız4; -ın4, -ı, -ınız4; -ı4, -sı4, -lar24), kəmiyyət (-lar2), xəbərlik (-əm2, -ik4; -sən2, -siniz4; -dir4, - dir4+lər2).
Azərbaycan dilinin sifətlərinə dərəcə əlamətəri (adi, azaltma,çoxaltma) xasdır. Sifətlərin dərəcələri xüsusi morfoloji əlamətlərlə ortaya çıxır: -raq, -rək, - ımtıl, -sov, -şın, -ımtraq, -ca və s.
Azərbaycan dilində saylar miqdar, sıra, qeyri-müəyyən və kəsr saylarına bölünür.
Miqdar sayları: bir, üç, yeddi, beş min altı yüz və s.
Sıra sayları: beş-inci, otuz-uncu və s.
Qeyri-müəyyən sayları: az, çox, xeyli, beş-altı və s.
Kəsr sayları: yüzdə biri, üç tam beşdə bir və s.
Azərbaycan dilində əvəzliklərin şəxs əvəzliyi (mən, sən, o, biz, siz, onlar), işarə əvəzliyi (o, bu, elə, belə, həmin, həmən), qeyri-məyyən əvəzliklər (kimsə, kim isə, nəsə, nə isə, biri, kimi, hamı hər kəs və s.), təyini əvəzliklər (öz, hər, bütün, filan, eyni), sual əvəzlikləri (kim, nə, hara, necə, nə cür, hansı) deyə beş növü qeyd olunur.
Azərbaycan dilinin qrammatik quruluşunda fellər zənginliyi, əhatəliliyi və rəngarəng qrammatik kateqoriyalara malik olması ilə seçilir. Onları leksik-semanrik cəhətdən aşağıdakı kateqoriyalar səciyyələndirir: 1) təsirlilik və təsirlilik kateqoriyası; 2) fellər təsdiq və inkarda olur; 3) məna növləri var (məlum, məchul, qayıdış, şəxssiz, icbar, qarşılıq-birgəlik növlər); 4) şəkilləri var (əmr, xəbər, arzu, vacib, lazım, şərt şəkilləri); 5) zamanları (keçmiş (nəqli və şühudi keçmiş), indiki, gələcək (qəti və qeyri-qəti gələcək) zamanlar); 6) təsriflənməyən formaları (feli sifət, feli bağlama, məsdər) və s. var
Azərbaycan dilində zərflər də adlara aiddir. Zərflərin tərzi-hərəkət, zaman, yer, miqdar zərfləri deyə dörd növü var.
Azərbaycan dilində qoşma, bağlayıcı, ədat, modal sözlər və nidalar köməkçi hitq hissələri hesab edilir.
Qoşmalar (üçün, kimi, üzrə, sarı, ötrü, dək, can, başqa, özgə, sonra, əvvəl və s.) adlarla adlar, adlarla fellər arasında müxtəlif sintaktik vəzifələr icra edir. Qoşmalar qeyri-müəyyən yiyəlik, yönlük və çıxışlıq halları ilə əlaqəyə girərək qoşma birləşmələri yaradır.  
Bağlayıcılar (və, ilə, amma, ancaq, lakin, halbuki, ya, ya da, gah, gah da, istər, istərsə və s.) cümlə üzvləri və ya cümlələr arasında əlaqə yaradan köməkçi nitq hissəsidir. Bağlayıcılar tabelilik və tabesizlik bağlayıcıları olmaq üzrə iki yerə bölünür. 
Ədatlar sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsidir. Ədatlar (axı, ən, lap, daha, olduqca, elə, belə, məhz, əsl, yalnız, ancaq və s.) daxil olduğu cümləyə məna incəlikləri verir.
Modal sözlər (doğrudan, həqiqətən, sözsüz, şübhəsiz, doğrusu, düzü, görünür, ehtimal, görəsən, bəlkə və s.) isə danışanın real aləmə və söylənən fikrə münasibətini bildirməyə xidmət edən köməkçi nitq hissəsidir.
Nidalar (vay, ox, of, uy, ura, bəh-bəh, oxqay və s.) danışanın hissini, həyəcanını, qorxu və ya sevincini bildirən sözlərdir.




Oxunub: 458640