Baş səhifə    » TEATR    » Teatrlar    » Azərbaycan Dövlət Kukla Teatrı   

Azərbaycan Dövlət Kukla Teatrı

  



Azərbaycan Dövlət Kukla Teatrı - 1931-ci ildə Bakıda uşaqlar üçün yaradılmışdır. Ayrı-ayrı illərdə (1931-1941; 1946-1950) müstəqil teatr kimi, müəyyən çağlarda isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (1941-1946) və Azərbaycan Dövlət Filarmoniyası yanında (1950 ildən) fəaliyyət göstərmişdir. 1965-ci ildən müstəqil teatrdır.
Teatrın təşkilatçısı, ilk bədii rəhbəri və baş rejissoru M.Bəbirli olmuşdur. Teatr kukla teatrları beynəlxalq (Daşkənd, 1979, Bombey, 1980) və Güney Qafqaz (Yerevan, 1982, Tbilisi, 1984) festivallarının iştirakçısı olmuşdur. Teatr 1974-cü ildən Abdulla Şaiqin adını daşıyır.
Azərbaycan Dövlət Kukla Teatrının Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. İlk dövrlərdə teatrda Azərbaycan, rus və Qərbi Avropa dramaturqlarının pyesləri (sadələşdirilmiş şəkildə), Azərbaycan şifahi xalq ədəbiyyatı motivləri əsasında tərbiyəvi əhəmiyyətli əsərlər tamaşaya qoyulmuşdur: «Hacı Qara» (M.F.Axundov), «Zorən təbib» (J.B.Molyer), «Almas» (C.Cabbarlı), «Böyük İvan» (S.V.Obraztsov), «İsgəndər və çoban», «Cırtdan», «Nərgiz» (M.Seyidzadə) və s.
60-cı illərdən teatr repertuarını azyaşlı uşaqların, məktəblilərin səviyyəsinə uyğun qurur. 1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir. «Üç nağıl» (Abdulla Şaiq), «Göyçək fatma» (M.Dilbazi), «Balaca qızcığaz Tino» (L.Babinskaya), «Gözəl Vasilisa» (Y.Z.Çernyak), «Qaravəlli» (Anar), «Üç gombul» (Y.Oleşa), «Pəri cadu» (Ə.Haqverdiyev), «Qarınqulu Zürafə» (Y.Torbai), «Qar qız» (A.A.Ostrovski) və s. teatrın ən yaxşı tamaşalarındandır.

Aidiyyatı: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 36
Telefonlar: kassa 492-64-25
Növbətçi 492-44-58
Əlaqə: info@kuklateatri.com


1965-2010-cu illərdə səhnələşdirilən tamaşalar

1965
M.Dilbazi «Göyçək Fatma»
Y.Tarxovskaya «Durna balığının əmri ilə»

1966
Ə.Səmədli «Artıq tamah baş yarar»
Ə.Abbasov «Keçinin qisası»
H.Nadir «Qəndəli Aydan gəlib»

1967-1968
İ.Coşqun «Yalançı dostlar»
A.Nağıyev «Etibar»
M.Seyidzadə «Cırtdan»
M.Seyidzadə «Qorxmaz»

1969
F.Məmmədov «Tələ quran özü düşər»
C.Radari «Celsomina»
R.Heydər «Göylər qonağı»
M.Seyidzadə «Sehirli nar»

1970
Ə.Səmədli və A.Qüdrət «Əzablı günlərin sonu»
Ə.Məmmədov «Cəsur uşaqlar»
N.Zamanov və M.Məmmədov «Səfərin nağılı»

1971
V.Rabada «Zəncirlənmiş pəri»
J.Xarşani və V.Puili «Xari Yanoş»

1972
Ə.Səmədli «Artıq tamah baş yarar»
Ə.Abbasov «Keçinin qisası»

1973
Q.Tsiferov və Q.Sapqir «Cəsur kosmanavtlar»
S.Marşal «Bu ev kimin evidir?»

1974
H.Ziya «Əkiz qardaşlar»
T.Mütəllibov «Meşə nağılı»
T.Kazımov «Qaçaq Polad»
Y.Yeliseyev «Sembo»
V.Rabada «Zəncirlənmiş pəri»

1975
A.Şaiq «Üç nağıl»
Anar « Qaravəlli»
L.Babinskaya «Qızcığaz Tina haqqında»

1976
T.Mütəllibov «Danışan qayalar»
N.X.Andersen «Olye Lukoye və yaxud sehirli çətirlər»

1977
T.Qarabağlı «Du, du yol verin»
M.Atəş «Cırtdan»
Ü.Hacıbəyov «Məşədi İbad» (O olmasın, bu olsun)
N.Dadaşova «Malçış Kibalçış»
N.Qarnet «Ələddinin sehirli çırağı»

1978
S.Məmmədzadə «Tülkünün aqibəti»
R.Moskva «Hara qaçırsan dayça?»
V.Livşits və İ.Kiçanov «Sirli Gipopotam»
Y.Oleşa «Üç gombul» (rus dilində)

1979
Y.Oleşa «Üç gombul» (azərbaycan dilində)
X.Əlibəyli «Cunquş»
Ə.Abbasov «Keçinin qisası»

1980
Y.Şvarts «Qırmızı papaq»
S.Dağlı «Uşağı gecə əyləndirməli»
T.Ağayev «Cırtdan»
R.Əlizadə «Hamam hamam içində»

1981
S.Mixalkov «Üç donuz balası»
R.Moskva «Əlibaba və quldurlar»
T.Ağayev «Cırtdanın yeni sərgüzəşti»
F.Məmmədov «Ac qulağum, dinc qulağım»

1982
E.Baxış «Məlikməmməd»
Xalq nağılı əsasında «Xeyir və Şər»

1983
F.Sadıq «Yumaq top»
Ə.B.Əhmədxan «Danışan kuzə»

1984
E.Quliyev və A.Əbilov «Basat və Təpəgöz»
O.Volzova «Sehirli quyu»
V.Palçiskayte «Ay sizi, insancıqlar»
Ə.Vəliyev «Madarın dastanı»

1985
Ş.Hüseynov «Sehirli güzgü»
Ə.Səmədli « «Meşədə konsert»
X.Əlibəyli «Gözəllər gözəli»
Xalq nağılı əsasında «Qoğal»

1986
M.Suponi «Zolaqlıların hekayəti»
Xalq nağılı əsasına «Keçi balaları»
Enn Xoqart «Mehriban dostlar»

1987
M.Lermontov «Aşıq Qərib»

1988
Ə.Haqverdiyev «Pəri cadu»
L.Lopeyskaya və Q.Krçulavanın «Leylək balası və müqəvva»
A.Ostrovski «Qar qız»
R.Əlizadə «Sindibadın xoşbəxtlik adasına səyahəti»

1989
Edi Tarbani « Qarınqulu zürafə»
H.X.Andersen «Bülbül»
K.Aslanov «Qızıl almalar»

1990
R.Əlizadə «Tıq-tıq xanım»
Ç.Ələsgərov «Yabançı dostlar»
M.F.Axundov «Müsyö Jordan və dərviş Məstəli şah»
N.Bədəlov « Qara rəngin nağılı»

1991
N.Ağayev «Oxay və Əhməd»
N.Ağayev «Bakı həyətinin rekviyemi»
Ş.Perro « Göy saqqal»

1992
R.Əlizadə «Bilqamıs əfsanəsi»

1993
F.Qurbansoy və B.Basqallı «Canım Qırat, Gözüm Dürat»
H.Hüseynov «Saz əhvalatı»
R.Əlizadə «Keçəlin toyu»
K.Aslanov «Şərq nağılı»
B.Brext «Kuraj ana»

1994
R,Əlizadə «Pırpız Sona»
R.Əlizadə «Dəli Domrul»
Ə.Hüseynov «Xoşbəxtlik quşu»

1995
Ə.Səmədli «Cubbulunun çərpələngi»
R.Əlizadə «Damdabaca»
H.Hüseynov «Ulamaqdan Mələməyə»
Ə.Hüseynov «Möcüzəli tamaşa»

1996
R.Əlizadə «Maymaq»
M.Quliyev «Dovşanın məhkəməsi»

1997
R.Əlizadə «Eramızdan milyon il əvəl»
R.Əlizadə «Ay dəli»

1998
R.Əlizadə «Ələkbər əmi gülüş planetində»
R.Əlizadə «Bahar qızının nağılı»
E.Şayye «Od oğlan»
A.S.Puşkin «Qızıl xoruz»
K.Ağayeva «Göyçək Fatma»

1999
R.Əlizadə «Dəcəl çəpişlər, belə-belə işlər»
Ş.Hüseynov «Sehirli güzgü»

2000
M.F.Axundov «Xırs quldurbasan»
A.Ələddin qızı «Ələkbər əmi divin qəsrində»
R.Əlizadə «Ovçu məstan»

2001
Ə.Səmədli «Cik-cik xanım»
M.Yuxma «Həsir oğlan»

2002
X.Əlibəyli «Ləpələrin nağılı»
F.Rzayev «Keçəl pəhləvan»
T.Ağayev «Qoçaq Əhməd»
A.S.Puşkin «Qızıl xoruz»

2003
M.Seyidzadə «Cırtdan»
R.Əlizadə «Maymaq»
L.Haqverdiyeva «Qız qalası»
R.Əlizadə «Fantaziya»

2004
M.F.Axundov «Xırs quldurbasan»
V.Qauf «Yalançı şahzadə»
N.Kazımov «Ələddin»
R.Əlizadə «Tülkünün uçuşu»

2005
N.Kazımov «Ələddin» (rus dilində)
Ə.Abbasov «Şəngülüm, Şüngülüm»
Ş.Perro «Qırmızı papaq»
Ö.Arabul «Dəniz dibində zəng səsi»

2006
F.Q.Lorka «İlbisin mahnısı»
A.Bunyadzadə «Kral»
E.Rəhimzadə «Sizin saat»
E.Baxış «Məlikməmməd»

2007
Qrim qardaşlarının eyni adlı nağılı əsasında «Bremen musiqiçiləri»
H.X.Andersen «Düyməcik»
Elşad Rəhimzadə «Nağıllar aləmində»

2008
C.Rodari «Çipollino» (rus dilində)
A.Şaiq «Tıq-tıq xanım»
K.Şahmərdan «Ağ və Qara»
R.Hovard «Quyl şəhəri və ya qış nağılı»

2009
V.Rabada «Rəhmanın nağılı»
K.Qotsi «Şahzadə Turandot»
Ə.Oruc «Zınqırovlu pişik»
V.Şekspir "Yay gecəsində yuxu"

2010
R.Əlizadə "Sehirli mücrü"
V.Şekspir "Xeyir və Şər"
Ü.Hacıbəyli "O olmasın,bu olsun"

Cari mövsümdə teatrda nümayiş etdirilən bütün tamaşalar
1. "Göyçək Fatma"
2. "Cik-Cik Xanim"
3. "Məlik Məmməd"
4. "Ələddin"
5. "Cırtdan"
6. "Şəngülüm,Şüngülüm"
7. "Zınqırovlu Pişik"
8."Ağ və Qara"
9. "Düyməcik" (Rus dilində)
10. "Qoçaq Əhməd" (Rus dilində)
11. "Çipollino" Rus dilində
12. "Yay gecəsində yuxu"
13. "Sehirli mücrü"
14. "Xeyir və Şər"
15."O olmasın, bu olsun"
16. "Göy saqqal"
17. "Balaca Şahzadə"



Oxunub: 551462



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on