Baş səhifə    » HEYKƏLTƏRAŞLIQ    » Heykəltəraşlar    » Fuad Əbdürəhmanov   

Fuad Əbdürəhmanov

  

Fuad Əbdürəhmanov (1915-1971)

Azərbaycanın ilk milli heykəltəraşıdır. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1929-1932) və İ.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1935-1939) oxuyub. 1942-1948 illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deyib.
Əbdürrəhimbəy Haqverdiyevin, Mirzə Fətəli Axundovun, Üzeyir Hacıbəyovun və Asəf Zeynallının portretlərinin, həmçinin "Atıcı" (1934), "Gənc aşıq" (1939) və Füzulinin heykəlinin, Cavanşir, Babək və Koroğlunun barelyeflərinin müəllifidir.
1947-ci ildə SSRİ Dövlət mükafatına layiq görülüb. Bakıda qoyulmuş "Azad qadın" heykəli (1960, tunc, qranit, memar M. Hüseynov), Səməd Vurğunun (1961), Düşənbədə şair Rudəkinin (1964, SSRİ Rəssamlıq Akademiyasının Qızıl medalı) Buxarada İbn Sinanın (tunc, qranit, açılışı 1975-ci ildə olmuşdur; memar H. Muxtarov) abidələri və s. monumental əsərləri Fuad Əbdürrəhmanova şöhrət qazandırıb. 
Fuad Əbdürəhmanov həm də portret ustası kimi tanınıb. Səttar Bəhlulzadə (1947), Həzi Aslanov (qəbirüstü abidə, 1949), Bəsti Bağırova (1951), kubalı Xesus (1962) və başqa portretlərin müəllifidir.
Azərbaycanın Xalq rəssamı (1956), Azərbaycan əməkdar incəsənət xadimi (1943), SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1949), Azərbaycan Dövlət mükafatı laureatı (1947, 1951). 2 dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilib. Bakıda xatirə muzeyi var.



Oxunub: 93387