Baş səhifə    » HEYKƏLTƏRAŞLIQ    » Heykəltəraşlar    » Cəlal Qaryağdı   

Cəlal Qaryağdı

  


Cəlal Qaryağdı (1914-2001)

Azərbaycan Rəssamlıq Texnikumunda və Tbilisi Rəssamlıq Akademiyasında təhsil alıb. Tiflisdə dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin barelyefini yaradıb (1937). Onun işləri arasında Şota Rustavelinin barelyefi və gənc İosif Stalinin heykəli var.
İlk monumental heykəli – 1939-cu ildə Samur-Dəvəçi kanalının kənarında qoyulan “Kolxozçu” fiquru olub. Bundan əlavə, o, şair Vaqifin, sovet illərinin taınmış siyasətçiləri olan Çaparidzde və Fioletovun heykəllərini də yaradıb. Onun əsərləri arasında “Bisütun qayasını yaran Fərhad” barelyefi, Nizami Gəncəvinin heykəlinin proyektləri də var. Cəlal Qaryağdı 1950-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin Leninin heykəli üçün elan etdiyi müsabiqənin qalibi olmuş və məhz onun yaratdığı 11 metrlik heykəl Hökumət Evinin qarşısında qoyulmuşdur.
Cəlal Qaryağdı Bülbül və Rəşid Behbudovun, əməkdar incəsənət xadimi Cahangir Cahangirovun, Xurşudbanu Natəvanın, xalq şairi Mirzə Ələkbər Sabirin və bəstəkar Niyazinin abidələrini yaradıb.
O, uzun illər Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deyib. 1954-cü ildə Azərbaycan SSR-nin əməkdar incəsənət xadimi adına layiq görülmüşdür. 1960-cı ildə Azərbaycan SSR-nin xalq rəssamı adını almışdır.



Oxunub: 73494



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on