Baş səhifə    » HEYKƏLTƏRAŞLIQ    » Heykəltəraşlar    » Keylixis Yakov   

Keylixis Yakov

  


Keylixis Yakov (1872-1950)

Sovet dövrünün heykəltəraşıdır. Bakıda ilk abidənin müəllifidir. Odessa Rəssamlıq Məktəbini və Peterburq İmperator Rəssamlq Akademiyasını bitirib.
1909-cu ildə Bakıda ilk heykəltəraşlıq studiyasını açıb. Burada daş yonması, yapma işləri öyrədilib. Bu məktəbin tələbələri Azərbaycan ornament yaradıcılığını inkişaf etdiriblər. Onlar indiki 28 may küçəsində evləri, Sabunçu vağzalının binasını bəzəyiblər.
Keylixisin bir çox işləri həmin illərin aktual mövzularına həsr edilib. Bu qəbildən “Hambal” barelyefi, “Bakı qavroşu” büstünü və s. göstərmək olar.
1912-ci ildə Keylixis bir sıra Azərbaycan rəssamları ilə birlikdə Bakı Rəssamlıq Cəmiyyətini yaradıb. Amma 1920-ci ildə onun heykəltəraşlıq studiyası sovet hakimiyyəti tərəfindən bağlanılıb. Bu studiyanın bazasında Azərbaycan İndustriya İnstitutu, daha sonra Neft və Kimya İnstitutu (İndiki Azərbaycan Neft Akademiyası) yaradılıb.
Keylixis Yakov 30 il ərzində bu institutda heykəltəraşlıq şöbəsinin rəhbəri vəzifəsində işləyib. 1920-ci ildə Keylixis Dənizkənarı Parkda Sergey Kirovun kiçik büstünü qoyub. 1922-ci ildə Mirzə Ələkbər Sabirin heykəlini yaradıb. Onu İsmailliyə bağında (indiki Sabir bağı, Azərbaycan Milli Elmlər Akademiyasının binasının yanı) qoyublar. Çox az adam bilir ki, bu, müsəlman Şərqində insana qoyulan ilk abidə idi. 1958-ci ildə bu heykəl Cəlal Qaryağdının işi ilə əvəz olunur.
1939-cu ildə həyat yoldaşı vəfat edəndən sonra Yakov Keylixis aktiv yaradıcılıq fəaliyyətinə son qoyur. 1949-cu ildə 40 illik yaradıcılıq fəaliyyətinə görə “Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi” adını alıb.



Oxunub: 68919



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on