Baş səhifə    » HEYKƏLTƏRAŞLIQ    » Heykəltəraşlar    » Zeynal Əlizadə   

Zeynal Əlizadə

  

Zeynal Əlizadə (1894)

Ölüm tarixi: bəlli deyil 
Azərbaycanın Xalq Cümhuriyyətində dövlət gerbinin, hərbi orden və medalların və dövlət möhürünün yaradıcısıdır. 1915-ci ildə Moskva Kommersiya İnstitutuna daxil olub. 
Zeynal Əlizadə Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il 23 mart və 1920-ci il 30 yanvar tarixli qərarları ilə dövlət gerbinin, hərbi orden-medalların və dövlət möhürünün layihələrinin hazırlanması məqsədilə elan olunmuş müsabiqədə fəal iştirak edib. Onun layihəsi əsasında buraxılmış döş nişanları və xatirə medallarında Parlamentin binası, bayraq, aypara, səkkizguşəli ulduz, günəşin doğması, gül çələngi həkk olunub.
Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ilin yanvar ayında Rusiyanın və Avropanın ali məktəblərində oxumaq üçün göndərdiyi azərbaycanlı gənclər içərisində Zeynal Əlizadə də var idi. O, İtaliyanın Peruca şəhərində - Bella Arti Akademiyasının heykəltəraşlıq bölməsində ali təhsil almış yeganə azərbaycanlıdır.



Oxunub: 534918