Baş səhifə    » HEYKƏLTƏRAŞLIQ    » Heykəltəraşlar    » Elmira Hüseynova   

Elmira Hüseynova

  


Elmira Hüseynova (1933-1995)

Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini (1954) və İ.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu (1960) bitirib. Heykəltəraşlığın məişət və portret janrlarında çalışıb.
"Kolxolçu qız" (1957), "Fəhlə" (1958), "Ailə" (1960), "C.Cabbarlı" (1968), "Ana" (1970), "Rəsul Rza" (1970) və s. əsərləri plastik formaların lakonikliyi və kompozisiyanın orijinallığı ilə fərqlənir. Elmira Hüseynova monumental heykəltəraşlıq sahəsində də fəaliyyət göstərib (Sumqayıtda C.Cabbarlının abidəsi, 1966; Bakıda ASE Baş redaksiyası binası qarşısında H.Zərdabinin abidəsi, 1983).
1967-ci ildə Azərbaycan əməkdar rəssamı adına layiq görülüb.



Oxunub: 98777



Azərbaycan Televiziyaları
İnternet Radio