Baş səhifə    » HEYKƏLTƏRAŞLIQ    » Heykəltəraşlar    » Mirələsgər Mirqasımov   

Mirələsgər Mirqasımov

  


Mirələsgər Mirqasımov (1924)

Heykəltəraş 1944-cü ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1950-ci ildə İ.Repin adına Leninqrad Boyakarlıq, Heykətləraşlıq və Memarlıq İnstitutunu bitirib.
Ən məşhur əsərləri sırasında Mirzə Ələkbər Sabirin büstü (gips, 1947, Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır), “Uxuru” heykəli (“Azadlıq”, gips, 1961, Azərbaycan Dövlət Şəkil Qalereyasında), Xəzri (gips, 1970, Azərbaycan Dövlət Şəkil Qalereyasıda) adlarını qeyd etmək olar. Monumental işlərindən Leninin (tunc, qranit 1957), Cəlil Məmmədquluzadənin (tunc, 1974, Naxçıvan), Cəfər Cabbarlının (qranit, 1982, Bakı) abidələri, Nəriman Nərimanovun büstü (tunc-qranit 1964, Sumqayıtda) fərqlənir.
Mirələsgər Mirqasımov Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1962) adını alıb.



Oxunub: 88294



Azərbaycan Televiziyaları
İnternet Radio