Baş səhifə    » Aida İmanquliyeva    »   

Aida İmanquliyeva

  


Aida İmanquliyeva (1939-1993) - ədəbiyyatşünas, tənqidçi, tərcüməçi

A. İmanquliyevanın müasir ərəb ədəbiyyatının aktual problemlərinə və rus-ərəb ədəbi əlaqələrinə həsr olunmuş məqalələri dövri mətbuatda və elmi-kütləvi məcmuələrdə müntəzəm çap olunmuşdur. Alim tədqiqatçı Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi "Ərəb filologiyası məsələləri" məcmuəsinin tərtibçisi və redaktoru olmuşdur. Bundan başqa, Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü (1987) və cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olmuşdur (1983-cü ildən). Moskva, Bakı, Düşənbə, Hamburq (ADR) şəhərlərində keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir. A. İmanquliyeva yeni ərəb ədəbiyyatını öyrənən nadir mütəxəssislərdən olub.

Əsərləri

•  Cübran Xəlil Cübran (həyatı və yaradıcılığı).
• “Qələmlər birliyi və Mixail Nüaymə.
•  Yeni ərəb ədəbiyyatının korifeyləri. 



Oxunub: 81720



Azərbaycan Televiziyaları
İnternet Radio