Baş səhifə    » Cəfər Kavian (Məmmədzadə)    »   

Cəfər Kavian (Məmmədzadə)

  


Cəfər Kavian (Məmmədzadə) (1895-1975)

General-mayor Cəfər Məmmədzadə Cənubi Azərbaycan milli hökumətinin müdafiə naziri idi. İlk gəncliyindən gizli inqilabi işə qoşulduğundan o, iki adla fəaliyyət göstərmişdir. Gəncliyində onun gizli adı Məşədi idi, Cənubi Azərbaycan milli hökumətinin milli qoşunlar vəziri olanda isə general Cəfər Gavian kimi tanınmışdı. 1930-cu ilin sonlarında inqilabi fəaliyyətinə görə ajanlar tərəfindən həbs olunmuşdur. Sovet ordusu İrana gəldikdən sonra o, 1941-ci ildə sürgündən azad olunur. 1945-ci il dekabrın on ikisində Cənubi Azərbaycanda silahlı üsyan nəticəsində xalq Azərbaycan Demokratik firqəsinin banisi Seyid Cəfər Pişəvərini milli hökumətin baş naziri təyin etdi. Fövqəladə bacarığa və hərbi məharətə malik olan Cəfər Kavian Azərbaycan Milli hökumətinin qərarı ilə general-mayor rütbəsi ilə təltif olunub, müdafiə naziri təyin edilmişdir.




Oxunub: 67790



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on