Baş səhifə    » Əmir Kazım mirzə Qovanlı-Qacar    »   

Əmir Kazım mirzə Qovanlı-Qacar

  


Əmir Kazım mirzə Qovanlı-Qacar (1853-1920) – general - mayor
Əmir Kazım mirzə ilk təhsilini Tiflis gimnaziyasında almış, iyirmi yaşinda isə Peterburqdakı Nikolayev süvari məktəbini bitirmişdir. 1873-ildə kornet-zabit rütbəsində hərbi xidmət üçün Qafqaz Əlahiddə ordusunun ordusunun 44-cü Nijeqorod alayına göndərilmişdir. Ən yaxşı süvari zabitləri sırasında mayor Əmir Kazım mirzə də 1881-ci ildə imperator III Aleksandrın tacqoyma mərasimində iştirak etmişdi. Süvari podpolkovniki Əmir Kazım mirzə 1895-ci ildə eskadronun komandiri təyin olunur. XX yüzilin ikinci ilində alay komandirinin birinci müavini kimi yüksək vəzifəyə təyin edilən polkovnik Əmir Kazım mirzə 1910-cu ildə general mayor rütbəsi almışdır.
Əmir Kazım mirzə 1920-cu ildə fövqəladə komissar Tixarelinin əmri ilə Gəncə şəhərində faciəli şəkildə həlak olmuşdur. 



Oxunub: 212740



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on