Cəfər Cabbarlı
Cəfər Cabbarlı (1899–1934) - yazıçı, dramaturq
C. Cabbarlı müasir Azərbayan dramaturgiyasının banisi hesab olunur. 1915-ci ildən lirik və satirik şeirlər, hekayə və dram əsərləri yazmağa başlamışdır.
C.Cabbarlı öz yaradıcılığında Azərbaycan klassik dramaturgiyasının ən gözəl cəhətlərini davam etdirməklə bərabər dünya dramaturgiyasının da nailiyyətlərindən faydalanmışdır. İbsen kimi aktual, qəti və cəsarətli, Şiller kimi üsyankar, Şekspir kimi zəngin və rəngarəng olmağa çalışan C. Cabbarlı Azərbaycan dramaturgiyasında sosial realizmin əsasını qoydu.
Əsərləri
- Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş
- Solğun çiçəklər
- Oqtay Eloğlu
- Od gəlini
- Gülzar
- Dilarə
- Dilbər
- Sevil
- Almaz
- Yaşar
- Dönüş
- Ədirnə fəthi