İlyas Əfəndiyev
İlyas Əfəndiyev (1914-1996) –dramaturq, nasir.
İ. Əfəndiyev Azərbaycan dramaturgiyasının görkəmli nümayəndələrindən biridir. O, çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandır. İ. Əfəndiyev ədəbiyyatın bütün janrlarında kamil sənət nümunələri yaratmışdır. Əsərlərində lirik-psixoloji üslub aparıcı olmuşdur. Yaradıcılığının əsas hissəsini dramaturgiya təşkil etmişdir.
Əsərləri
- «İntizar»
- «Atayevlər ailəsi»
- «Sən həmişə mənimləsən», yaxud «Boy çiçəyi»
- «Məhv olmuş gündəliklər»
- «Mahnı dağlarda qaldı»
- «Xurşidbanu Natəvan»
- «Şeyx Xiyabani»
- «Bizim qəribə taleyimiz»
- «Tənha iydə ağacı»
- «Ağıllılar və dəlilər»
- «Hökmdar və qızı»
- “Sarıköynəklə Valehin nağılı”