Süleyman Sani Axundov
Süleyman Sani Axundov (1875-1939)– yazıçı, dramaturq İlk bədii əsərini 1899-cu ildə qələmə almışdır. Süleyman Sani Axundov beş kekayədən ibarət "Qorxulu nağıllar" kitabı kasıbçılıqdan və haqsızlıqlardan bəhs etdiyinə görə uşaq ədəbiyyatı aləmində böyük şöhrət qazanmışdır. 1920-ci ildən sonra yazılan əsərlərdə, S. Axundov qəddarlığı, köhnə mühafizəkar ənənələri və geriliyi tənqid atəşinə tutmağa davam etmişdir. Azərbaycan dramaturgiyasında özünəməxsus yeri vardır.
Əsərləri:
- Tamahkar
- Qorxulu nağıllar
- Laçın yuvası
- Eşq və intiqam
- Qaraca qız