|
Baş səhifə
» Abdulla Şaiq
»
Abdulla Şaiq A. Şaiq yaradıcılığına tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri "Laylay" adlı uşaq şeri olmuşdur. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə milli uşaq poeziyamızın incilərini yaratmışdır.
A. Şaiq Azərbaycan Demokratik Respublikası (ADR) dövründə maarif və məktəb yönümündəki işlərini daha da canlandırmış, bir neçə məktəbi milliləşdirmiş, rus məktəblərində Azərbaycan türkü sinifləri yaratmışdır. A.Şaiqin "Vəzifə", "Özü bilsin, mənə nə?", "Anabacı", "Əsəbi adam" kimi silsilə hekayələri, "Araz" inqilabi-tarixi mövzulu romanı, elm, maarif və mədəniyyət haqqında bir sıra məqalələri ədəbi mühitdə maraqla qarşılanmışdır. Azərbaycan Gənc Tamaşaçılar Teatrının, Uşaq və Gənclər nəşriyyatının işi birbaşa A.Şaiqin adı ilə bağlı olmuşdur. Uzun müddət bu teatrda çalışan ədib "Xasay", "Eloğlu", "Vətən", "Fitnə", "Qaraca qız" kimi çeşidli pyeslər yazmışdır. "Fitnə" və "Nüşabə" əsərləri Nizami süjetləri əsasında yaranan maraqlı sənət örnəkləridir.
|