Hüseyn Kürdoğlu
Hüseyn Kürdoğlu (1934-2003) - şair Ədəbi yaradıcılığa erkən başlamış, ilk şeirlərini hələ orta məktəbin beşinci sinfində ikən Laçın rayonunda çıxan «Sovet Kürdüstanı» qəzetində çap etdirmişdir. Onun «Gözəldir» rədifli ilk qoşması 1950-ci ildə «Azərbaycan gəncləri» qəzetində dərc olunandan sonra dövri mətbuatda müntəzəm çıxış etməyə başlamışdır. Bədii tərcümə ilə də məşğul olmuşdur.
Əsərləri- Yurdumu gəzə-gəzə.
- Doğma diyarım.
- Ata yurdum.
- Durna səsi.
- Min bir bayatı.