Baş səhifə
» FONDLAR
» Heydər Əliyev Fondu
Heydər Əliyev FonduAzərbaycandakı fondlar Fondlar üzvləri olmayan, bir və ya bir neçə fiziki və (və ya) hüquqi şəxslər tərəfindən könüllü əmlak haqqı əsasında təsis edilən və sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai-faydalı məqsədlər daşıyan qeyri-hökumət təşkilatlarıdırdır. Heydər Əliyev Fondu
Heydər Əliyev Fondu Azərbaycanın sosial-ictimai həyatında kifayət qədər önəmli yer tutan təşkilatdır. Fondun rəsmi açılışı 10 may 2004-cü ildə olmuşdur. Fondun əsas məqsədi Azərbaycanda H. Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək; elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək; Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək; uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək; uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirmək; səhiyyə və tibbi təsisatları inkişaf etdirmək və s.-dir. H. Əliyev Fondu indiyədək təhsil sahəsində bir sıra məktəblərin, uşaq bağçalarının və uşaq evlərinin inşa edilməsi və yenidən qurulması, orta və ali məkəblərin dərsliklərlə təmin olunması, internat məktəblərində xeyriyyə tədbirlərinin həyata keçirilməsi və s., səhiyyə sahəsində yeni səhiyyə müəssisələrinin inşası və yenidən qurulması, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin yaradılması, diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkil edilməsi, qanvermə aksiyalarının keçirilməsi və s., mədəniyyət sahəsində tarixi-memarlıq abidələrinin qorunması, muzeylərin təşkili və bərpası, uşaq musiqi məktəblərinin inşası, beynəlxalq musiqi festivallarının və rəsm sərgilərinin keçirilməsi, mədəniyyət mərkəzlərinin yaradılması və s. kimi böyük layihələrə imza atmışdır.
|