|
Baş səhifə
» Cəfərqulu ağa Baxıxanov
»
Cəfərqulu ağa BaxıxanovCəfərqulu ağa Mirzə Məhəmməd xan oğlu Bakıxanov - (1799-1867), general-mayor Cəfərqulu ağa hərbi təhsilini əvvəl Dərbənddə, sonra isə Peterburqda almışdır. Cəfərqulu ağa rus ordusunda hərbi xidmətə başlamışdır. 1829-cu il fevralın 8-də imperatorun sərəncamı ilə döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə mayor Cəfərqulu ağa Bakıxanov üçüncü dərəcəli bantlı "Müqəddəs Anna" ordeni ilə təltif olunmuşdur. O, qoşununun tərkibində 1853-cü ildə Krım müharibəsində döyüşmüş, "Müqəddəs Georgi" ordeni ilə təltif olunmuş və general-mayor rütbəsi almışdır. 1856-cı ildə çar II Aleksandrın (1855-1881) tacqoyma mərasimində Bakının nümayəndə heyətinin başçısı kimi iştirak edən Cəfərqulu ağa Quba qəzasında ən böyük torpaq sahibkarı olmuşdu. 1863-cü ildə orduda nümunəvi xidmətinə görə ona general-leytenant rütbəsi verilmişdir.
|