Baş səhifə    » Cəfərqulu xan Dünbili    »   

Cəfərqulu xan Dünbili

  

Cəfərqulu xan Əhməd xan oğlu Dünbili (?-1814)- general-leytenant,  Şəki xanı, Xoyskilər familiyasını qəbul etmiş ilk şəxslərdən biri.

Cəfərqulu xan Dünbili Xoy şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Batmanqılınc ləqəbi ilə tanınırdı.
1804-cü ildə ruslar İrəvanı ələ keçirən ruslara yardım etdiyinə görə Cəfərqulu xan general-leytenant rütbəsi və Çar Aleksandrın adından qiymətli hədiyyələrlə mükafatlandırıldı. 2 ildən sonra çar Aleksandrın 10 dekabr 1806-cı il tarixli fərmanı ilə onu rəsmi şəkildə Şəki xanı təyin etdilər. 
1804-1813-cü illər birinci Rusiya-İran müharibəsi zamanı rus qoşunlarına qoşulan Cəfərqulu xan Dünbili imperator I Aleksandr tərəfindən bahalı brilyantla bəzədilmiş qızıl metal və qızıl lələklə təltif edilmiş, 1807-ci ildə general-leytenant rütbəsi ilə təltif edilərək, həm də Şəki xanı təyin edilmişdi. Cəfərqulu xan 8 ilə yaxın Şəki xanı olduqdan sonra 22 avqust1814-cü ildə isitmə xəstəliyindən ölmüşdür. 
Cəfərqulu xanın Quzey Azərbaycandakı törəmələri Xoyski soyadını daşıyırdılar.




Oxunub: 535266