Baş səhifə    » Danyal Sultan    »   

Danyal Sultan

  

Danyal Sultan (?-1873) - general-mayor
Danyal Sultan 1831-1844-cü illərdə İlisu sultanlığının sonuncu hakimi, Şamil hərəkatının iştirakçısı olmuşdur. 
Danyal bəy İlisu hakimi qvardiya polkoniki Əhməd xanın ailəsində dünyaya gəlmişdir.Qardaşı Musa ağanın ölümündən sonra general İ.Paskeviç tərəfindən onun yerinə hakim təyin edilən Danyal Sultan 1844-cu ilə qədər sultanlığı idarə etmişdir. Bu müddətdəki xidmətlərinə görə ona kapitan, polkovnik və 1842-ci ildə isə general-mayor rütbəsi verilmişdi. Danyal Sultan Qafqaz canişininin Şeyx Şamilə qarşı hərbi səfərdə iştirak etmə tələbini rədd edərək Şamilin tərəfinə keçmişdi. 
Danyal sultan hərəkatın tənəzzülə uğramasıyla Şəkidə yaşamaq, hərbi rütbəsi və təqaüdü saxlanılmaq şərtilə 1859-cu il 7 avqustda İrıb qalasını ruslara təslim edərək general Baryatinskiyə əsir düşmüşdür. Bir müddət Şəkidə yaşayan Danyal Sultan 1869-cu ildə Türkiyəyə gedib və orada yaşayıb.



Oxunub: 476129