Baş səhifə    » Davud bəy Yadigarov    »   

Davud bəy Yadigarov

  

Davud bəy Sadıq bəy oğlu  Yadigarov (1881-1920) – general-mayor
Davud bəy Yadigarov  1903-cü il avqustun 10-da Peterburq yaxınlığındakı Paj korpusunu kornet rütbəsində bitirmişdir. 1918-ci ildə Azərbaycan Milli Ordusunda mühafizə diviziyasının rəis müavini olub. 23 oktyabr 1919-cu ildə hərbi nazir Səməd bəy Mehmandarovun 492 saylı əmrilə ona general-mayor rütbəsi verilib. 1919-cu il avqust-noyabr aylarında Zəngəzur uğrunda gedən döyüşlərdə general Cavad bəy Şıxlinskinin Birinci piyada diviziyasında Birinci dəstənin komandiri olub. Dığ, Goranzur, Xanazax, Abdallar və başqa kəndlər uğrunda daşnak hərbi qüvvələrinə qarşı döyüşlər aparıb. 1920-ci il 28 aprel çevrilişindən sonra Davud bəyin taleyi məlum deyil.




Oxunub: 457300