Baş səhifə    » Əbdülhəmid bəy Qaytabaşı    »   

Əbdülhəmid bəy Qaytabaşı

  

Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı (1888-1920) - general-mayor.
Əbdülhəmid bəy Qaytabaşı Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1919-cu il 25 iyun tarixli qərarı ilə general-mayor rütbəsinə layiq görülmüşdür. 1920-ci il martın 1-dən fəaliyyətə başlayan Azərbaycan ordusu qərargahında Qaytabaşı növbətçi generalın idarəsinə rəhbərlik edirdi. 
Aprel işğalından (1920) sonra Qaytabaşı qısa müddət Azərbaycan ordusu qərargahının rəisi vəzifəsini icra etmişdi. Lakin Azərbaycanda sovet-bolşevik rejiminə qarşı müqavimət hərəkatı genişləndikdə, bir çox Cümhuriyyət generalları kimi, Qaytabaşı da bolşeviklər tərəfindən repressiyaya məruz qaldı və güllələndi.




Oxunub: 125790