Baş səhifə    » Həzi Aslanov    »   

Həzi Aslanov

  

Həzi Əhəd oğlu Aslanov (1910-1945) – general-mayor
Həzi Aslanov komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilmişdir. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929–cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sora Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb.
İkinci Dünya müharibəsinin əfasnəvi qəhrəmanına çevrilən Həzi Aslanov 1944-cü il 13 martda tank qoşunları general mayoru rütbəsi ilə təltif olunmuşdur. 
Həzi Aslanovun qəbri Bakıda Şəhidlər Xiyabanındadır. General Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 2 Sovet İttifaqı Qəhrəmanı, 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni və medallarla təltif olunmuşdur.




Oxunub: 561683