Baş səhifə    » İbrahim ağa Usubov    »   

İbrahim ağa Usubov

  

İbrahim ağa Usubov (1872-1920) – general-mayor

İbrahim ağa Usubov I Dünya müharibəsində şücaət göstərmiş, müharibədən sonra Xarkov şəhərində yerləşən 122-ci Tambov süvari alayında hərbi xidmətə başlaməşdır. 
İbrahim ağa Usubov görkəmli dövlət xadimi Nəriman Nərimanov, Əliheydər Qarayev, Mixail Frunze və başqaları ilə yaxın olmuş, 1915-ci il avqustun birində döyüş meydanlarında göstərdiyi şücaətə görə ona polkovnik rütbəsi verilmişdi.
1917-ci il iyulun 1-də 133-cü süvari diviziyasında briqada komandiri təyin olunan İbahim ağa Usubova general-mayor rütbəsi verilmişdir.
1918-ci ilin may ayında İbrahim ağa Usubovu Azərbaycan Milli Ordusunda işləmək üçün dəvət edilmişdir. O, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Əbdülhəmid bəy Qaytabaşı, Cavad bəy Şıxlinski və başqa hərbçilərlə birgə Azərbaycan Demokratik Hökuməti Milli Ordusunun təşkil etmişdir. 
Bolşeviklərin Azərbaycanı işğalından sonra  İbrahim ağa Usubov və on iki azərbaycanlı generalı və zabiti 1920-ci il iyunun 16-da gecə ilə Nargin adasında güllələnmişdir.




Oxunub: 83236