Baş səhifə    » İsmayıl xan Naxçıvanski    »   

İsmayıl xan Naxçıvanski

  

İsmayıl xan Naxçıvanski (1819-1918) - general-leytenant

İsmayıl xan Naxçıvanski Tiflis hərbi gimnaziyasını bitirmiş (1839), bir il sonra poruçik rütbəsi almışdır. Uzun müddət Qafqaz Əlahiddə Ordusunda xidmət edən Naxçıvanskiyə 1844-cü ildə ştabs-kapitan, 1860-cı ildə isə alay komandiri kimi polkovnik rütbəsi verilmişdir. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsində göstərdiyi sərkərdəlik fəaliyyətinə görə isə o, süvari qoşunu general-mayoru rütbəsinə layiq görülmüşdür.
Ordudan general-leytenant rütbəsi ilə tərxis olunan Naxçıvanski vətənində abadlıq işləri ilə məşğul olmuş, Naxçıvana su çəkdirmiş, kəhrizlər qazdırmış və tarixi abidə kimi bugünədək qorunan künbəzli hamam tikdirmişdir. 




Oxunub: 493913