Baş səhifə    » Sadıq bəy Ağabəyzadə    »   

Sadıq bəy Ağabəyzadə

  

Sadıq bəy Ağabəyzadə (1865-1944) – general-mayor

Sadıq bəy Ağabəyzadə 1883-cü ildə Bakı real məktəbini bitirmişdir. Məktəbi bitirdikdən sonra Peterburq şəhərində II Konstantinov hərbi məktəbinə daxil olmuşdur. 1896-ci ildə imtahanlarını müvəffəqiyyətlə vermiş, Baş ştab nəzdində, Sankt-Peterburq şəhərində Şərq dilləri institutuna qəbul olunmuşdur. Həmin institutu bitirdikdən sonra, 1899-cu ildə hərbi xidmət keçmək üçün Türküstan vilayətinə göndərilmişdir. 1913-cü ildə Sadıx bəy xəstəliyinə görə General-mayor rütbəsində istefaya çıxmışdır.
1918-ci ilin 23 oktyabrında  Azərbaycan Demokratik Respublikası hökümətinin qərarı ilə Sadıq bəy Daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə o 1919-cu ilin dekabr ayına qədər fəaliyyət göstərmişdir. Sadıq bəy Ağabəyzadə tərəfindən polis işçi rütbələrinin təsnifat sistemi işlənib hazırlanmışdır. 
Azərbaycan Demokratik Respublikası süquta uğradıqdan sonra Sadıq bəy ailəsi ilə birlikdə Türkiyəyə mühacirət etmiş və İstanbulda qohumları ilə yaşamışdır. Sonra Parisə köçmüş və iki il Sorbon şəhərində fars və türk dillərini tədris etmişdir.
Sadıq bəy Ağabəyzadə Lvovda vəfat etmişdir. 




Oxunub: 578360