Baş səhifə    » QƏHRƏMANLAR    » Sovet İttifaqı Qəhrəmanları   

Sovet İttifaqı Qəhrəmanı fəxri adı haqqında

  


Sovet İttifaqı Qəhrəmanı fəxri adı Sovet Sosialist Respublikası İttifaqının (SSRİ) ən yüksək dərəcəli medallarından biridir. Medal döyüş əməliyyatları zamanı xüsusi qəhrəmanlıq göstərən şəxslərə verilmişdir. Sonralar sülh dövründə də Sovet İttifaqı Qəhrəmanı fəxri adı alan olmuşdur. Medal 16 aprel 1934 –cü ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin (MİK) qərarı ilə təsis edilmişdir. 
 Sovet İttifaqının dağılmasına qədər medal 12.745 dəfə verilmişdir. Ən çox təqdim olunma II Dünya Müharibəsi illərində olmuşdur. 
Azərbaycanlılardan bu fəxri ada ilk dəfə İsrafil Məhərrəm oğlu Məmmədov (11 dekabr 1941-ci ildə) layiq görülmüşdür.
  İkinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilən şəxslərə ikinci dəfə "Qızıl Ulduz" medalı verilərək, vətənində ona bürünc büst qoyulurdu. Azərbaycanda bu ada ikinci dəfə general-mayor Həzi Aslanov layiq görülmüşdür.



Oxunub: 571595