Baş səhifə
» TƏLTİFLƏR
» Azərbaycan Xalq Cümhuriyyəti dövründə orden və medallar
Azərbaycan Xalq Cümhuriyyəti dövründə orden və medallarAzərbaycan Xalq Cümhuriyyəti dövrünün orden və medallarının eskizləri 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulduqdan sonra milli respublikanın gerbi, bayrağı, orden və medallarının təsis etmək zərurəti meydana çıxmışdı. 1919-1920-ci illərdə mətbuatda Dövlət himni, Dövlət gerbi, Dövlət möhürü və ordenlərin layihələrinin yaradılması ilə bağlı müsabiqələr keçirilməsi haqqında elanlar dərc edilmişdir. 30 yanvar 1920-ci ildə hərbi ordenlərin layihələrinin hazırlanması haqqında qərar qəbul edilmişdir. Müsabiqəyə “Müstəqillik” ordeninin 100-ə yaxın eskizi təqdim edilmişdir ki, onlar hazırda Eskizlərdə əsasən üçrəngli bayraq, səkkizguşəli ulduz, aypara, qılınc, Azərbaycan əsgəri və məscid təsvirləri yer almışdır. Eskizlərin ən yaxşı layihələrinin bir qismi isə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) baş naziri olmuş Fətəli xan Xoyskinin Moskvadakı Dövlət Tarix Muzeyindəki şəxsi arxivində saxlanılır. Eskizlərin müəllifləri nəinki Bakıda, һətta Tiflsdə də yaşayıb-yaradan rəssamlar olublar. Mütəxəssis rəssam və sənətşünasların nəzər-diqqətini Əzim Əzimzadənin, Ələsgər Əliyevin, eyni zamanda «Molla Nəsrəddin»zi rəssamlardan Tiflisdə yaşayan Beniamin Telenqater (Beno), Oskar Şmerlinq kimi sənətkarların dəst-xətti cəlb edir. Bu təsvirlər bədii cəһətdən zənginliyi ilə büyük maraq doğurur. Təəssüflər olsun ki 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) süqutu başlanan işləri axıra çatdırmağa imkan vermədi. 1990-cı ildə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun Partiya arxivi (indiki Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Düvlət Arxivi) fondlarında 100-ə yaxın ilk Azərbaycan ordeninin müsabiqəyə təqdim olunan eskizləri aşkar edilmişdir. Bu eskizlər 1992-ci ildə Bakıda "İşıq" nəşriyyatında zap olunmuş "Azərbaycan Demokratik Respublikasının (ADR) rəmzləri (1918-1920)" albomunda öz əksini tapmışdır. “Müstəqillik ordenləri”nin eskizlərinin nümunələri “Tərəqqi” devizi altında 4-cü dərəcəli müstəqillik ordeni “Birlikdən müstəqilliyə və dünyaya” devizi altında Azərbaycan Respublikasının Müstəqillik ordenləri “Yuliya” devizi altında Müstəqillik ordenləri “Dinc xidmətlərə gürə” ordenlər “Hərbi xidmətlərə gürə” ordenlər “Hərbi xidmətlərə gürə” və “Dinc xidmətə gürə” ordenlər “A” devizi altında hərbi və mülki ordenlər
|