Baş səhifə    » Bəxtiyar Vahabzadə    »   

Bəxtiyar Vahabzadə

  


Bəxtiyar Vahabzadə (1925 - 2009) şair, dramaturq, ədəbiyyatşünas

XX əsr Azərbaycan poeziyasının əsas simalarından biri hesab olunur. Onun əsərlərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilmişdir.
Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1959-cu ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur. Bu poemaya görə o, 1962-ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən (ADU) çıxarılmış, yalnız 2 ildən sonra işə bərpa edilmişdir. Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir

Əsərləri

• Mənim dostlarım.
• Xalq şairi Səməd Vurğun.
• Etiraf: Şəbi hicran.
• İnsan və zaman.
• Bir ürəkdə dörd fəsil.
• Muğam.
• Vətən ocağının istisi.
• Axı dünya fırlanır.
• Fəryad.
• İstiqlal.



Oxunub: 491239



Azərbaycan Televiziyaları
İnternet Radio