Baş səhifə    » MUSİQİ    » Simfoniyalar   

Simfoniyalar

  


Simfonik musiqi simfonik orkestr tәrәfindәn ifa olunması nәzәrdә tutulan musiqidir.  Simfonik musiqiyə dәrin mürәkkәb ideya-emosional mәzmuna malik çoxһissәli monumental kompozisiyalar, elәcә dә kiçik formalı populyar musiqi әsәrlәri- simfoniya, simfonik poema, uvertüra, süita, konsert, kantata, uvertüra, fantaziya vә s. daxildir. Azәrbaycanda simfonik musiqinin inkişafında Üzeyir Hacıbəyovun xidmәti böyükdür. O, simfonik musiqi mәktәbinin banisidir. Azәrbaycan simfonik musiqisinin Q. Qarayev, C. Hacıyev, F. Әmirov, Niyazi, S. Hacıbәyov, A. Mәlikov, A. Rzayev vә b. görkәmli nümayәndәlәri Hacıbəyov mәktәbinin yetirmәlәridir. 

Simfonik muğam
Muğam sənətinin bir janrıdır. 1948-ci ildə bəstəkar Fikrət Əmirov tərəfindən yaradılıb. F.Əmirovun muğamların musiqi materialına və kompozisiya xüsusiyyətlərinə əsaslanaraq yazdığı “Şur” və “Kürd-Ovşarı” simfonik əsərləri ilə Azərbaycan simfonik musiqisində bu janrın bünövrəsi qoyulmuşdur.
Janrın əsas xüsusiyyəti ondan ibarətdir ki, burada muğam dəstgaha xas olan tədrici ardıcıl yüksələn inkişaf prinsipi, onun kompozisiya quruluşu, dramaturji hərəkət xətti saxlanılmış, eyni zamanda, muğam melodiyalarının inkişafında simfonik işləmə, rəngarəng orkestrləşdirmə üsulları tətbiq olunmuşdur. Bir çox Azərbaycan bəstəkarları bu janra müraciət edib. Niyazi “Rast”, S.Ələsgərov “Bayatı-Şiraz”, F.Əmirov “Gülüstan Bayatı-Şiraz”, T.Bakıxanov “Hümayun”, “Nəva”, “Rahab” və s. simfonik muğamlarını yaratmışlar.

Azərbaycan simfonik musiqi nümunələrini diqqətinizə çatdırırıq.

SİMFONİYALAR

1. 3-cü simfoniya
Müəllif: Qara Qarayev

2. Əbədiyyat simfoniyası 1
Müəllif: Arif Məlikov

3. Əbədiyyat simfoniyası 2
Müəllif: Arif Məlikov

4. Əbədiyyat simfoniyası 3
Müəllif: Arif Məlikov

5. Əbədiyyat simfoniyası 4
Müəllif: Arif Məlikov

6. Əbədiyyat simfoniyası 5
Müəllif: Arif Məlikov

7. Əbədiyyat simfoniyası 6
Müəllif: Arif Məlikov

8. Əbədiyyat simfoniyası 7
Müəllif: Arif Məlikov

9. Əbədiyyat simfoniyası 8
Müəllif: Arif Məlikov

10. 4-cü simfoniya (3 hissə)
Müəllif: Eldar Mansurov

11. Azərbaycan simfoniyası (4 hissə)
Müəllif: Ceyhun Allahverdiyev

12. 2-ci simfoniya (4 hissə)
Müəllif: Ceyhun Allahverdiyev

13. Atatürk simfoniyası (3 hissə)
Müəllif: Vasif Allahverdiyev

14. Heydər Əliyev simfoniyası
Müəllif: Vasif Allahverdiyev

15. 6-cı simfoniya (3 hissə)
Müəllif: Leonid Vaynşteyn

16. 1-ci simfoniya
Müəllif: Rauf Əliyev

17. Konsert: simfoniya
Müəllif:  Rauf Əliyev



Oxunub: 418834



Azərbaycan Televiziyaları
İnternet Radio